Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Çalışırlar ki, sabitliyə kölgə salsınlar” - Deputat

Tarix: 17-11-2018 09:46     Baxış: 3238 A- / A+
“Çalışırlar ki, sabitliyə kölgə salsınlar” - Deputat

“Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” prezidentin 2018-ci il 19 aprel tarixli fərmanı ətrafında son zamanlar xüsusilə radikal siyasi dairələrin canfəşanlıq etdiyinin şahidiyik.


Manevr.az
bildirir ki, bunu teleqraf.com-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Elman Nəsirov deyib.
Onun sözlərinə görə, müxtəlif siyasi qruplar bu məsələ ətrafında ciddi-cəhdlə siyasi şou yaratmaq və ölkə daxilində narazılıq elemetləri formalaşdırmaq istəyirlər:

“Onlar bununla da hakimiyyətə təzyiq və təsir göstərmək yolu seçiblər. Əslində, hər kəsə bəllidir ki, Azərbaycan Prezidenti İlham Əliyevin bütün siyasətinin mərkəsində ölkə vətandaşları, onun rifah halı dayanır. Bu nöqteyi-nəzərdən xüsusilə həssas qruplara daha böyük diqqət ayrılır. Dövlət başçısının şəhid ailələrinə göstərdiyi diqqət və qayğı hər kəsə bəllidir. Məlum fərmana əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu fərmanla müəyyənləşdirilmiş qaydada 11 min manat məbləğində birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub. Bu təşəbbüsün də müəllifi dövlətimizin başçısıdır. Lakin bu proses çərçivəsində müəyyən narazı insanlar da tapılır, müəyyən anlaşılmazlıqlar ortaya çıxır. Xüsusilə, şəhidlərin vərəsələrinə verilən vəsaitin alınması və ya alınmaması ilə bağlı müəyyən fikir ayrılıqları mövcuddur. Müvafiq qurumlar çalışırlar ki, bu istiqamətdə həqiqət ortaya çıxsın. Bu istiqamətdə iş getməkdədir və ədalət hər zaman qalib gələcək. Ədalətin ən birinci müdafiəçisi elə dövlətimizin başçısıdır. O çalışır ki, bu prosesdə bir şəhid vərəsəsi də diqqətdən kənarda qalmasın. İstisna deyil ki, bu məsələ çox yaxın vaxtlarda tam həllini tapacaq. Yəni, bu məsələyə tam aydınlıq gələcək”.

E.Nəsirov təəssüflə qeyd edib ki, müəyyən insanların bu məsələ ətrafında yaranmış anlaşılmazlığından bəzi radikal siyasi dairələr maksimum faydalanmağa çalşırlar:
“Sosial şəbəkələrdə, saytlarda real həqiqətləri təhrif edən yazılar ortaya qoyurlar. Çalışırlar ki, bizim ən böyük nailiyyətimiz olan ölkəmizdəki bu sabitliyə, təhlükəsizlik mühitinə kölgə salsınlar. Amma bu mümkün olan iş deyil. Məsələ ondadır ki, xalqımız çox gözəl dərk edir, anlayır ki, sabitliyi hər birimiz göz bəbəyimiz kimi qorumalıyıq. Mən özüm də bu günlərdə 6 şəhid vərəsəsini qəbul etdim. Onlarla söhbətlərimiz oldu. Onlar cənab prezidentdən çox razılıq edirlər.

Qeyd edirlər ki, bütün bu təşəbbüsün müəllifi məhz cənab prezidentdir və müəyyən sənədləşmə məsələlərində anlaşılmazlıqlar var. Etiraf edirlər ki, bəzi sənədlərdə imza var, ancaq məlum olmur ki, o imza nə zaman çəkilib. Yəni, bu kimi məsələlər ortaya çıxıb. Ancaq bir daha qeyd edirəm ki, bu məsələlər qısa zaman ərzində öz həllini tapacaq. Çünki müvafiq nazirlik bu istiqamətdə çox ciddi fəaliyyət göstərir. Çalışılır ki, həqiqət öz yerini tapsın və bir şəhid vərəsəsi də bu prosesdən narazı qalmasın.

Ona görə də hesab edirəm ki, antimilli dairələrin yaranmış şəraitdən istifadə etməyə çalışmasının heç bir real nəticəsi olmayacaq. Xalqımız hər zaman sabitliyin və təhlükəsizliyin təminatçısı olub, onu müdafiə edib, hər zaman onun milli maraqlarına xidmət edən böyük təşəbbüslərin müəllifi olan cənab prezidentin siyasətini dəstəkləyib”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar