Xəbər lenti
Vəkil: "Abel Məhərrəmov həbs edilə bilər"
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov vəzifəsindən azad edilib.
Manevr.az bildirir ki, musavat.com-a daxil olan məlumata görə, Airbus-319A təyyarəsi ilə uçmağa hazırlaşan nümayəndə heyəti öz yerini tutduqdan sonra təyyarə 2 saata qədər havaya qalxa bilməyib. Buna səbəb isə sərnişinlərdən birinin - nümayəndə heyətinin tərkibində yer alan BDU-nun rektoru, akademik Abel Məhərrəmovun 2 tonluq baqajı olub. Səfər iştirakçıları noyabrın 10-da Madriddən qayıdanda da eyni hadisə ilə üzləşməyə məcbur olublar. Yalnız A.Məhərrrəmova və onun ölkəmizin İspaniya Krallığındakı səfir işləyən oğluna məxsus 2 tona qədər yük boşaldıldıqdan sonra təyyarənin uçuşuna icazə verilib.
Mənbənin məlumatına görə, haqqında danışdığımız yük adi yol çemodanları yox, hörmətli akademikin və onun səfir oğlunun şərab biznesinə aid çəlləklər imiş. Şərab dolu çəlləklər kontrabanda yolu ilə Azərbaycandan İspaniyaya aparılır və orada şüşələrə doldurularaq qeyri-qanuni şəkildə geri qaytarılır. Sonra isə ispan şərabı adı ilə A.Məhərrəmova məxsus şadlıq evlərində, restoranlarda və digər ticarət nöqtələrində satılıb.
Bununla bağlı big.az-a açıqlama verən vəkil Əsabəli Mustafayev bildirib ki, Abel Məhərrəmovun işində açıq-aşkar qaçaqmalçılıq əlamətləri var: “Hətta eşitdiyimə görə o, gömrükdə də saxlanılıb. Təbii ki, bu, cinayət tərkiblidir. Bu cür hal yəqin ki, dəfələrlə təkrarlanıb. Burada həm saxtakarlıq, vəzifə səlahiyyətində sui-istifadə, əvvəlcədən kimlərləsə əlbir olma, saxta sənədlərin düzəldilməsi kimi hallar var. Cinayət Məcəlləsinin 206-cı maddəsinin bir çox əlamətləri olduğu üçün Abel Məhərrəmov 7 ildən 12 ilə qədər azadlıqdan məhrum edilə bilər”.
Vəkil qeyd edib ki, qaçaqmalçılığın özü ağır bir cinayətdir: “Bu işə görə 7 ildən 12 ilə qədər azadlıqdan məhrum edilmə cəzası verilir. Əgər bu əlamət varsa, bu barədə ictimaiyyətə xəbər verilməli idi. Çünki bu insanın özü Bakı Dövlət Universitetin rektoru olub. Ona görə də bu məsələ hər kəsin marağındadır. Bu barədə ictimaiyyətə ətraflı məlumat verilməlidir. Abel Məhərrəmovun sadəcə işdən çıxarılması ilə cəzalandırılması başadüşülən deyil”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar