Sizin Reklam Burada
Xəbər lenti
01-05-2024
30-04-2024
BÜTÜN XƏBƏRLƏR

Kamal Abdulla yeni vəzifəyə seçildi

Tarix: 16-11-2018 19:50     Baxış: 3225 A- / A+
Kamal Abdulla yeni vəzifəyə seçildi

Noyabrın 16-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) Himayəçilik Şurasının yeni tərkibdə ilk iclası keçirilib.

BBMM-in mətbuat xidmətindən kult.az-a bildirilib ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, professor Etibar Nəcəfovun sədrliyi ilə keçən iclasda BBMM-in Himayəçilik Şurasının digər üzvləri – Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullayev, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə, Azərbaycanda Rus İcmasının sədri, deputat Mixail Zabelin və Azərbaycan Rus Dram Teatrının bədii rəhbəri, Xalq artisti Aleksandr Şarovski iştirak ediblər.

Toplantıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 8 noyabr tarixli Sərəncamı ilə təyin edilən BBMM-in Himayəçilik Şurasının üzvləri Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullayevi növbəti dörd il müddətinə yenidən sədr seçib.

Kamal Abdullayev göstərdikləri yüksək etimada görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Himayəçilik Şurasının üzvlərinə təşəkkürünü bildirib, dövlətimizin başçısı tərəfindən Mərkəzin qarşısında qoyulan vəzifələrin bundan sonra da uğurla həyata keçirilməsinə əmin olduğunu ifadə edib.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar