Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

BDU-nun 5 prorektoru da vəzifədən getdi? - Şok

Tarix: 15-11-2018 17:50     Baxış: 4752 A- / A+
BDU-nun 5 prorektoru da vəzifədən getdi? - Şok

Prorektorları tutduğu vəzifədən ancaq rektor azad edə bilər. Hazırda da Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun fəaliyyətinə son qoyulduğu üçün prorektorların işdən çıxarılması mümkün deyil.


Manevr.az
xəbər verir ki, bu sözləri axar.az-a təhsil eksperti Kamran Əsədov A.Məhərrəmovun vəzifəsindən azad edilməsinin ardından universitetin prorektorlarının da işinə xitam verilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, rektor işdən çıxarılan kimi avtomatik olaraq prorektorlar işdən çıxarılmır:
“Prorektorların təyinatı və işdən azad edilməsi rektorun səlahiyyətləri daxilindədir. Əgər rektor özü işdən çıxarılana qədər onları işdən çıxarmayıbsa, yeni rektor gələnə qədər vəzifələrini icra edəcəklər”.
Qeyd edək ki, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun vəzifədən azad edilməsinin ardınca ali məktəbin 5 prorektorunun hamısınını işdən çıxarıldığı haqda məlumat yayılıb. BDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru İradə Nurəddin qızı Əliyeva, Elm və innovasiyalar üzrə prorektoru Aydın Həsən oğlu Kazımzadə, Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Sani Tofiq oğlu Hacıyev, İqtisadi-təsərrüfat işləri üzrə prorektoru Nəbi Əhməd oğlu Ramazanlı, Ümumi işlər üzrə prorektoru isə Vüqar Abdulla oğlu Mehrabovdur.

Məsələ ilə bağlı BDU-dan hələ də heç bir münasibət bildirilməyib.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar