Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Çörəyi öpüb, başa qoymaq SİTAYİŞDİR? - Dini AÇIQLAMA

Tarix: 15-11-2018 10:10     Baxış: 3176 A- / A+
Çörəyi öpüb, başa qoymaq SİTAYİŞDİR? - Dini AÇIQLAMA


Xalqımızda belə bir adət var: Yerdə çörək parçası görəndə onu qaldırıb, uca bir yerə qoymaq lazımdır. Yaxud, çörəyi tərs çevrilmiş şəkildə masaya qoymaq olmaz. Mütləq üz hissəsi yuxarıda qalmalıdır...

Bütün bunlar göstərir ki, xalqımız çörəyə müqəddəs bir nemət kimi, bərəkət kimi qiymət verir və onu uca tutur. Lakin bəzi insanlar çörəyə olan bu münasibəti sitayiş kimi qəbul edir.
İlahiyyatçı Hacı Fuad Pənahlı isə metbuat.az-a açıqlamasında qeyd edib ki, insanların bunu sitayış kimi başa düşməsi elmin azlığından irəli gəlir:“Normal bir təfəkkür çörəyə sitayiş olunmayacağını anlayır. Bunu 5-ci sinifdə oxuyan uşağa da desən, bilər ki, çörəyə, ətə, südə və s. sitayiş etməzlər. Sitayiş olunası məvhum tamamilə başqa bir anlayışdır. Din çörəklə bağlı sadalanan fikirləri insanlar üçün vacib hesab etmir. Din sadəcə deyir ki, Allahın nemətinə hörmətsizlik etməyin, israf etməyin. Bu prinsiplə baxanda, yerə düşən müəyyən nemətləri götürmək israfın qarşısını almaq deməkdir.Bunların hamısı tərbiyəvi addımlardır.

Bəzən kimsə aş yeyəndə, düyünün yarısını yerə tökür. Bunlar dinə xoş gəlməyən şeylərdir, amma din bunu vacib etməyib. Din deyib ki, Allahın verdiyi nemətləri hörmətsizliklə, qudurğanlıqla qarşılamayın. Allahın nemətlərini bu cür istifadə etməyin ki, o sizin əxlaqın psiliyinə, o əxlaqın pisliyi isə sizin axirətdə əzab çəkməyinizə səbəb olmasın”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar