Sizin Reklam Burada
Xəbər lenti
22-01-2025
21-01-2025
BÜTÜN XƏBƏRLƏR

"Metroda bir milyon adam boğulandan sonra nəyi həll edəcəklər?" - Fazil Mustafa

Tarix: 14-11-2018 18:45     Baxış: 3256 A- / A+
"Metroda bir milyon adam boğulandan sonra nəyi həll edəcəklər?" - Fazil Mustafa

“Şəhərdə normal hərəkət etmək üçün metrodan rahat nəqliyyat yoxdur”.

Manevr.az bildirir ki,bu sözləri millət vəkili Fazil Mustafa bu gün Milli Məclisin plenar iclasında büdcə müzakirələrində deyib.

Fazil Mustafanın sözlərinə görə, şəhərdəki tıxac problemini aradan qaldırmaq üçün təcili tədbirlər görülməlidi.

“Neçə illərdir ki sərnişinlər metro qatarlarında havalandırma sisteminin olmamasından şikayətlənirlər. Biz bu barədə metropoliten rəhbərliyinə müraciət edəndə cavab verirlər ki, məsələ diqqətimizdədir və yaxın vaxtlarda həll edəcəyik. Mən başa düşmürəm ki, 1 milyon adam boğulandan sonra metro rəhbərliyi nəyi həll edəcək? Ümumiyyətlə hamımız görürük ki, şəhərdə normal hərəkət etmək üçün ən rahat nəqliyyat metrodur. Bakıda hər kəs – nazirlər, deputatlar, sıravi vətədaşlar da tıxacda qalıb min cür əziyyət çəkirik. Avtomobillərin sayı o qədər çoxalıb ki, küçədə rahat hərəkət etmək mümkün deyil. Buna baxmayaraq, Bakıda yeni metro stansiyaların açılışı yubanır. “Papanin”də, Bakıxanovda metro stansiyalarının açılışı nəzərdə tutulsa da, onlar hələ ki istifadəyə verilməyib”.
Fazil Mustafa daha sonra “uşaq pulları”nın bərpa olunmasının, o cümlədən şəhid ailələrinə veriləcək “qan pulu”nun ödənişində yaranan problemlərin təcili qaydada aradan qaldırılmasının zəruriliyi bildirib./yenicag.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar