Sizin Reklam Burada
Xəbər lenti
09-10-2026
BÜTÜN XƏBƏRLƏR

Ermənilərin daha bir təxribatının qarşısı alındı - MOSKVADA

Tarix: 04-11-2016 16:26     Baxış: 4485 A- / A+
Ermənilərin daha bir təxribatının qarşısı alındı

Bu gün Moskvada Kreml meydanında “Xalqların Birliyi Günü” adlı parad keçirilib.

Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) Moskva üzrə rəhbəri Şamil Tağıyev APA-ya bildirib ki, paradda azərbaycanlılar fəal iştirak ediblər.

ÜAK, “Azərbaycan mədəniyyətinin inkişaf və intibah” Fondu və “Azərbaycan-Slavyan” Gənclər Assosiasiyasının qatıldığı paradda xeyli sayda Azərbaycan bayraqları, milli mədəniyyət nümunələri, Azərbaycanla bağlı şüarlar, o cümlədən “Qarabağ” ansamblının musiqi nömrələri nümayiş etdirilib.

Ş. Tağıyev bildirib ki, parad keçirilən vaxt bir qrup erməni separatçı Dağlıq Qarabağ rejiminin bayrağını nümayiş etdirməyə cəhd göstərib.

"Lakin azərbaycanlıların sərt reaksiyası nəticəsində polisin və Federal Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən bunun qarşısı alınıb, qondarma qurumun bayrağı yığışdırıldı.

Rusiya Prezident Administrasiyasının paradda iştirak edən rəsmisi də separatçıların bayrağını nümayiş etdirənlərə narazılığını çatdırdı", - deyə Ş. Tağıyev qeyd edib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar