Xəbər lenti
Londonda həbs olunan Zamirə Hacıyevanın yeni fotoları

Britaniya kütləvi informasiya vasitələri Azərbaycan Beynəlxalq Bankının keçmiş başçısının həyat yoldaşı Zamirə Hacıyevanın azadlığa buraxılması haqqında reportaj yayımlayıblar.
Virtualaz.org "Daily Mail” nəşrinə istinadən xəbər verir ki, dünən London Ali Məhkəməsinin qərarı ilə 500 min funt sterlinq həcmində girov müqabilində azadlığa çıxmış Zamirə Hacıyeva gecə saatlarında evinə qayıdıb.
Britaniya nəşri polis məntəqəsindən evinə qayıdan Z.Hacıyevanın fotoşəkillərini yayıb.
Xatırladaq ki, Azərbaycana ekstradisiya edilməsi məsələsinə baxılacaq gələn ilin iyun ayına qədər Zamirə Hacıyeva ev dustaqlığında olacaq. O, elektron bilərzik taxmalı, axşam və gecə saatlarında evini tərk etməməli, eyni zamanda hər gün polis məntəqəsində qeydiyyatdan keçməlidir. Həmçinin onun M25 trasının hüdudlarını tərk etməyə ixtiyarı yoxdur. Bundan əlavə, Hacıyevanın pasportu polisdə saxlanılacaq.

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar