Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Polis Gözəl Bayramlını təhdid edəni tapdığını bildirib

Tarix: 04-11-2016 01:44     Baxış: 3413 A- / A+
Polis Gözəl Bayramlını təhdid edəni tapdığını bildirib

Suraxanı rayon polisi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlını ölümlə hədələyənin şəxsiyyətini müəyyən etdiyini bildirir. Siyasətçini bununla bağlı, noyabrın 3-də polis idarəsinə dəvət ediblər.

Bu haqda Gözəl Bayramlının özü xəbər verib: “Həmin şəxsi tapdıqlarını bildirdilər. Məni ölümlə təhdid etdiyini etiraf edən şəxsin iddiasına görə, guya zəng etdiyi nömrənin mənə məxsus olmasından xəbəri olmayıb”, deyən siyasətçi onu hədələyənin tapılmasının gülünc və şübhəli olduğunu bildirib.

Xanım siyasətçinin fikrincə, “hədələyənin tapılması” qurama oyundur. G. Bayramlı bildirib ki, hədələndikdən sonrakı gün sosial şəbəkələrdə də ölümlə təhdid edilib, elektron poçtuna eyni məzmunlu məktublar yazılıb.

“Bu hadisədə hər iki məqam arasındakı əlaqə o qədər qabarıq görünür ki, bu işin bir mənbədən idarə olunduğuna, təşkilatçıların eyni adamlar olduğuna zərrə qədər şübhə yeri qalmır”, deyən G.Bayramlı ona edilən hədələrin əsas mənbəyinin kənarda tutulduğunu qeyd edib.

G. Bayramlı oktyabrın 14-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağrıldığını xatırladaraq, ondan sonra üzləşdiyi bütün basqıların eyni mənbədən qaynaqlandığını ifadə edib. Ona Gözəl Bayramlıya Facebook səhifəsində bəzi statusları irad kimi bildirilmişdi.

G. Bayramlı oktyabrın 28-də ölümlə hədələndiyini açıqlamışdı. «Zəng edən şəxs kobud şəkildə məndən “nə yazırsan” deyə soruşdu. Ondan özünü təqdim etməyi istəyəndə “gələndə biləcəksən, ünvanını de” cavabını verdi. Sonra da tərbiyəsizlik edib qışqırmağa başladı. Telefonu söndürdüm, yenə bir neçə dəfə zəng etdi. Soruşdum məni təhdid edirsən, dedi “bəli”» - deyə xanım siyasətçi qeyd edirdi.

Gözəl Bayramlı həmin gün “102” xidmətinə şikayət etmişdi. AXCP sədrinin müavini şikayəti üzrə noyabrın 2-də də polis bölməsində olmuşdu.

Xanım siyasətçinin onu hədələyən şəxsin tapılmasına şübhə ilə yanaşmasına, Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.(Azadlıq Radiosu)

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar