Sizin Reklam Burada
Xəbər lenti
21-05-2024
20-05-2024
BÜTÜN XƏBƏRLƏR

"Hər zaman şəhid ailələlərinin yanında olacam" — Hadi Rəcəbli

Tarix: 07-11-2018 10:56     Baxış: 3246 A- / A+
"Hər zaman şəhid ailələlərinin yanında olacam" — Hadi Rəcəbli


"Dövlətdən ayrılan qanpulunu almayan şəhid ailələrinin mübahisəli məsələləri həll edilməlidir. Mən dəfələrlə məsələ qaldırmışam ki, bu qrup insanlara yardım olunmalıdır və bu problem birdəfəlik həll olunmalıdır".

Bunu açıqlamasında Milli Məclisin Əmək və Sosial-siyasət komitəsinin sədri, deputat Hadi Rəcəbli bildirib.

Komitə sədri deyib ki, vəsaitlərini tələn edən şəhid ailələrinin mübahisəli məsələsi araşdırılmalıdır:


"Biz bu şəhid ailələrinin hamısının qarşısında baş əyirik və onlara borcluyuq. Çox təəssüf ki, bu qrup insanlar bəzi mübahisəli məsələlərlə üzləşiblər. Amma bu qrupdan olan bir çox insanlar var ki, onlar pullarını alıblar. Hazırda həqiqətən bu vəsaiti alanlarla almayanların sənədləri dəqiq yoxlanılmalıdır. Hesab edirəm ki, bu adamları incik salmaq lazım deyil. Əksinə, bu adamların yanına Nazirlikdən bir adam təhkim olunmalıdır. Həmin şəxs isə bu siyahı ilə məşğul olmalıdır. Yəni, bunların məsələsi tam dəqiqləşdirilməlidir. Ötən dəfə Milli Məclisə gələn zaman mən həmin insanlarla görüşdüm, onlara məsələhətlərimi verdim. İndi də onların yanındayam və yanında olacam, daim şəhid ailələrinin sözünü deyirəm".

H.Rəcəbli təklif edib ki, hər bir rayon və şəhərin Sosial Müdafiə İdarələri tərəfindən sözügedən şəxslərə yardım edilməlidir:


"Çünki hər bir rayonun Sosial Müdafiə İdarələri var. Bu adamlarla ilk növbədə həmin qurumlar məşğul olmalıdır, onlara yardım etməlidirlər. Milli Məclis olaraq biz də əlimizdən gələn köməyi əsirgəmirik"./olkə.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar