Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
11-09-2025
BÜTÜN XƏBƏRLƏR

Bu rayonlarda vərəmə yoluxanlar daha çoxdur - SİYAHI

Tarix: 06-11-2018 13:30     Baxış: 3169 A- / A+
Bu rayonlarda vərəmə yoluxanlar daha çoxdur - SİYAHI



"Bu ilin 6 ayı ərzində Azərbaycanda uşaq və yeniyetmələr arasında 2 nəfərdə ilkin vərəm kompleksi, 31 nəfərdə ocaqlı vərəm, 81 nəfərdə infiltrativ vərəm, 7 nəfərdə vərəmin gecikmiş forması aşkarlanıb".

Manevr.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova "Vərəmin diaqnostika, müalicə və profilaktikasına müasir yanaşma" mövzusunda keçirilən elmi-praktiki konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ötən il dərmana davamlı xəstələrin 16 faizində ölüm müşahidə edilib: "Ümumilikdə, 59 faizdə müalicə uğurlu, 19 faizdə uğursuz olub, 6 faiz xəstə isə sonrakı müşahidələrə gəlməyib".

H.Qədirova bildirib ki, keçən ilin iyunundan bu ilin oktyabr ayına kimi geniş saylı dərmanlara davamlı 345 xəstədən 325 nəfəri müalicəyə cəlb olunub: "Onlardan 11 nəfəri müalicədən imtina edib, 14-ü dünyasını dəyişib, 11-i rejimi pozub, 1-i isə Gürcüstana köçürülüb. Müalicəyə başlamayan 20 nəfərdən də 11-i ölüb".

İnstitut direktoru qeyd edib ki, vərəmə yoluxmanın ən yüksək göstəriciləri Bərdə, Mingəçevir, Yevlax, Göyçay və Qazaxda qeydə alınıb: "Uşaq və yeniyetmələr arasında isə Yevlax, Xızı, Bərdə, Saatlı və Mingəçevirdə yüksək yoluxma göstəriciləri olub. Vərəmli xəstələrin İİV müayinəsinə cəlb olunma göstərici ölkə üzrə 81 faiz təşkil edib. Yalnız dörd rayonda - Tərtər, Neftçala, Göygöl və Lerikdə bu müayinələr 100 faiz aparılıb. Cəlilabad, Abşeron, Bərdə, Şamaxı və Füzuli rayonlarında vərəmli xəstələrin İİV müayinəsinə cəlb olunması 50 faizdən az olub".


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar