Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Şabalıdın insan orqanizminə FAYDASI və ZİYANI

Tarix: 06-11-2018 10:27     Baxış: 3213 A- / A+
Şabalıdın insan orqanizminə FAYDASI və ZİYANI


Qızıl payızın bəxş etdiyi meyvələrdən biri də şabalıddır.

Azərbaycanda şabalıd mətbəxdə daha çox plov və bəzi xörəklərdə istifadə edilir. Bundan başqa şabalıd qovrulmuşunu xoşlamayan demək olar ki, yoxdur.
Manevr.az "ölkə.az"a istinadla xəbər verir ki, şabalıdı yeyərkən həddən artıq qəbul etmək bir sıra problemlərə səbəb ola bilər.

Şabalıdın tərkibində karbonhidrat miqdarı yüksək olduğu üçün 3 ədəd şabalıd bir dilim çörəyə bərabərdir.

Bundan başqa şabalıdın tərkibində dəmir, soda, potasium, maqnezium, sink, A, E və C vitaminləri var.

Şabalıdın tərkibində potasiumun miqdarı çox olduğu üçün böyrək xəstələri həkimlə məsləhətləşməlidirlər. Diabet xəstələri və arıqlama pəhrizi edənlər şabalıd yeyərkən diqqətli olmalıdırlar.

Bundan başqa şabalıdı qovuranda alova çox yaxındırsa, kanserogen təsiri göstərə bilər.

100 qram şabalıdın tərkibində 160-180 kalori və 40 qram karbonhidrat var. Şabalıd bu xüsusiyyətlərinə görə insana toxluq hissi verir.

Şabalıdın tərkibindəki A vitamini infeksiyalara qarşı orqanizmi qoruyur. C və E vitaminləri isə immuniteti gücləndirir. Qripə qarşı orqanizmi qoruyur, hüceyrələrin yaşlanmasının qarşısını alır.
Şabalıdın tərkibindəki potasium qan təzyiqini stabilləşdirir, hiper qan təzyiqini aşağı salır, ürək-damar xəstəliklərindən qoruyur.

Rus alimləri bildirirlər ki, şabalıd bir sıra xroniki xəstəliklərin müalicəsində faydalıdır. Bir sıra dərmanların hazırlanmasında şabalıddan istifadə edilir.

Şabalıd suyu kapilyarların elastikliyini bərpa edir və varikoz genişlənməsinin qarşısını alır. Şabalıd yuxarı tənəffüs orqanlarına müsbət təsir edir, həzmetmə prosesini sürətləndirir.

Şabalıd suyu gemoroy və qadın uşaqlıq borusu qanaxmasında, diareya və malyariyada da təsirlidir.

Amma şabalıd hər kəs üçün faydalı deyil. Onun əks təsirləri də var.

İlk növbədə mədə-bağırsaq traktı pozulan insanlara və mədəsində qanaxma olan insanlara məsləhət deyil.

Bundan başqa qan xəstəliyi və şəkərli diabet xəstəliyi olanlara da şabalıd qadağandır.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar