Xəbər lenti
Soyuqlar yenidən qayıdacaq

“Hazırda ölkə ərazisində müşahidə olunan hava cənub, cənub-şərq istiqamətdən daxil olan hava kütlələri ilə bağlıdır. Lakin bu cür hava dayanıqlı olmayacaq”.
Bu barədə Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov məlumat verib.
Onun sözlərinə görə, belə havada atmosfer təzyiqi aşağı düşür və digər hava kütlələrinin gəlməsi ehtimalı daha çox olur: “Bugünkü hava şəraiti 1-2 gün davam edə bilər. Havanın temperaturunda əvvəlki günlərlə müqayisədə çox da ciddi fərq müşahidə eidlmir. Bir neçə gün sonra hava şəraiti yenidən dəyişəcək. Çox da soyuq olmasa da, noyabr ayı üçün səciyyəvi olan hava şəraiti müşahidə olunacaq. Lakin bundan isti hava şəraiti qeydə alına bilməz. Əslində, noyabr ayının ilk 15 günlüyündə fasilələrlə bu cür hava müşahidə edilir. Ancaq bundan əvvəl respublika ərazisində müşahidə olunan hava səciyyəvi hesab olunmur”.
M.Həsənov bu cür hava şəraitinin kənd təsərrüfatı üçün əlverişli olduğunu vurğulayıb: “Belə havalar xüsusən də pambıqçılıq üçün çox xeyirlidir. Həmçinin yığımı başa çatmamış kənd təsərrüfatı bitkiləri və payız əkini üçün əlverişlidir. Lakin bu hava uzun müddət davam etməyəcəyindən təsərrüfat sahibləri işlərini qısa zamanda başa çatdırmalıdırlar”.publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar