Sizin Reklam Burada
Xəbər lenti
08-05-2024
BÜTÜN XƏBƏRLƏR

"Tahirə bunu dedizdirən səbəb var, televiziyalarımızın kişiliyi çatırsa...”- Şeyx Əbdüldən Tahir İmanova dəstək...

Tarix: 04-11-2018 13:06     Baxış: 3827 A- / A+
"Tahirə bunu dedizdirən səbəb var, televiziyalarımızın kişiliyi çatırsa...”- Şeyx Əbdüldən Tahir İmanova dəstək...

“Bu gün bunun konkret səbəbi nədir ki, Tahirə qarşı televiziyalarımız amansızdırlar, onu efirə buraxmırlar?”

Manevr.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında Şeyx Əbdül Mahmudbəyov aktyor Tahir İmanovu televiziyalarımızın “istedadsız” adlandırmasına münasibət bildirərkən deyib. Xalq artisti bilirib ki, məsələ sülh yoluyla həll edilməlidir:

Tahirə bunu dedizdirən səbəb var. Onu çox yaxşı tanıyıram, böyük hörmətim var. Təəssüflər olsun ki, bildiyimə görə onu efirlərimizə buraxmırlar. Burda bir acı ağrı var və bu xəstəlik elə şeydir ki, gərək bunun birinci diaqnozun qoyasan, sonra müalicə edəsən. Tahir və Cabir İmanov da, o nəsil KVN-ni Heydər Əliyevdən bizə miras qalıb. Onların içində xalq artisti olanlar da var. Bu gün bunun konkret səbəbi nədir ki, Tahirə qarşı televiziyalarımız amansızdırlar, onu efirə buraxmırlar? Onu nədə suçlayırlar, günahı nədir? Tahir İmanov cəmiyyətdə və ictimaiyyətdə tanınan bir adamdır. İndi əlində hakimiyyət olan, arxalı-dayaqlı imkanlı telekanallar və onların rəhbərliyi bunu düzələn səmtə yönəltməkdənsə, bir az da münasibətləri korlayaraq qızışdırırlar.

Mən nə təklif edirəm? Bütün müharibələr onsuz da sülhlə qurtarıb. Necə ki, mənim Hacıbala Abutalıbovla “müharibəm” sülhlə qurtardı. (Gülür). Televiziyalarımız Tahir İmanovun bir kəlməsindən tutub onu “topa” tutmaqdansa, əksinə kişilikləri çatırsa, hər iki kanal Xəzər TV-də, ATV-də (ATV-ni biz qurmuşuq, amma indi orda hazırın naziri olanlar var, heç indi məni də o kanala dəvət etmirlər) bir veriliş təşkil edib bir neçə elm adamını dəvət edib, Tahir İmanovla birlikdə müzakirə edərək buna bir aydınlıq gətirsinlər. Burda bir barış olsun. Tahir də düşmən deyil. Bizim arxalı-dayaqlı dəhşətli düşmənlərimiz var, biz onlara qarşı birləşməliyik. Bu gün xalq tərəfindən sevilən, qəbul olunan adamları incitməli deyilik”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar