Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda zibilxanalar ləğv ediləcək – Enerji alınacaq

Tarix: 02-11-2018 13:29     Baxış: 3212 A- / A+
Azərbaycanda zibilxanalar ləğv ediləcək – Enerji alınacaq


Tullantılarla bağlı dörd illik Milli Strategiya hazırlanıb

“Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018–2022-ci illər üçün Milli Strategiya”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla İqtisadiyyat Nazirliyi Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı görülən işlər barədə ildə bir dəfədən az olmayaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.

Milli Strategiyanın məqsədləri aşağıdakılardır:

bərk məişət tullantılarının yığılması xidmətlərinin Azərbaycan Respublikasındakı bütün yaşayış və qeyri-yaşayış müəssisələrinə doğru genişləndirilməsi;

çeşidlənib yeni məhsul əldə edilməsi xərc baxımından sərfəli olmayan və yeni ehtiyatların bərpasına sərf edilə bilməyən bütün tullantıların təhlükəsiz və səmərəli zərərsizləşdirilməsinin təmin edilməsi;

ictimai təhsil, səmərəli ictimai maarifləndirmə kampaniyaları, yeni bərk tullantı sistemləri və bazarın inkişaf etdirilməsi vasitəsilə çeşidləmə, emal və tullantılardan təkrar istifadə yolu ilə ehtiyatların bərpa edilməsi potensialının artırılması;

ictimai sağlamlığa və ətraf mühitə dəyən zərərin azaldılması məqsədilə potensial təhlükəli tullantıların xüsusi şəkildə idarə edilməsi;

mənfi təsirləri azaltmaq məqsədilə ekoloji tələblərə cavab verməyən açıq zibilxanaların tədricən ləğv edilməsi.

Milli Strategiyanın prioritet istiqamətləri

bərk məişət tullantılarının idarə edilməsində qabaqcıl təcrübənin və mütərəqqi texnologiyaların tətbiqi hesabına bütövlükdə bu sahədə idarəetmə keyfiyyətinin artırılması və səmərəliliyin təmin edilməsi;

sahənin maddi-texniki bazasının gücləndirilməsi, yeni infrastruktur obyektlərinin inşası, müasir texnika və avadanlıqla təchizatın təmin edilməsi;

bərk məişət tullantılarının idarə edilməsində beynəlxalq standartlara (tullantıların azaldılması, onların təkrar istifadə və emal üçün çeşidlənməsi, ehtiyatların bərpa edilməsi) əsaslanaraq fəaliyyətin təmin olunması;

bərk məişət tullantılarının idarə edilməsinə dövlət büdcəsindən ayrılan subsidiyaların tədricən azaldılması, yeni tarif sisteminin və yığım mexanizmlərinin tətbiq edilməsi;

müasir üsullar tətbiq edilməklə, bərk məişət tullantılarından enerji alınması üçün müvafiq tədbirlər görülməsi. /istipress.com


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar