Sizin Reklam Burada
Xəbər lenti
22-01-2025
21-01-2025
BÜTÜN XƏBƏRLƏR

İcra başçısı təyin edilən jurnalistlər: Onlar kimlərdir?

Tarix: 31-10-2018 14:11     Baxış: 3428 A- / A+
İcra başçısı təyin edilən jurnalistlər: Onlar kimlərdir?

Dünən Prezident İlham Əliyevin imzaladığı sərəncamla bir vaxtlar İctimai Televiziyada çalışan Tahir Nadir oğlu Məmmədovun icra başçısı təyin edilməsi hazırda rayon rəhbəri funksiyasını icra edən jurnalistlər mövzusunu bir daha gündəmə gətirdi.

Manevr.az xəbər verir ki, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov da jurnalistika fakültəsinin məzunudur.

O, 1976-cı ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. İcra başçısı 1969-1977-ci illərdə Bərdə rayonda dərc edilən “Kommunizm yolu” qəzetinin redaksiyasında korrektor, ədəbi işçi, müxbir, şöbə müdiri vəzifələrində çalışıb.

Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev də ixtisasca jurnalistdir, amma jurnalist kimi aktiv fəaliyyət göstərməyib.

Qeyd edək ki, jurnalistlər arasında Milli Məclisdə təmsil olunanlar daha çoxdur. Belə ki, Elmira Axundova, Qənirə Paşayeva, Aqil Abbas, Əflatun Amaşov, Hikmət Babaoğlu, Bəxtiyar Sadıqov və s. kimi ictimaiyyətin də yaxşı tanıdığı millət vəkilləri jurnalistdirlər və bəziləri hazırda da media qurumu rəhbəri kimi fəaliyyətlərini davam etdirirlər./axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar