Sizin Reklam Burada
Xəbər lenti
09-05-2024
08-05-2024
BÜTÜN XƏBƏRLƏR

Tanınmış jurnalist vəfat etdi

Tarix: 30-10-2018 13:46     Baxış: 2257 A- / A+
Tanınmış jurnalist vəfat etdi

Mətbuat Şurası veteran jurnalist Oqtay Cəfərovun ölümü ilə bağlı nekroloq yayıb.

Manevr.az-ın xəbərinə görə nekroloqda deyilir: "Tanınmış veteran jurnalist Oqtay Cəfərov ömrünün 85-ci ilində vəfat edib. Mərhumun doğmalarına və əzizlərinə dərin hüznlə başsağlığı verir, kədərlərini bölüşürük.

O.Cəfərov 1952-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika şöbəsinin ikinci buraxılışının məzunu olub. Jurnalist fəaliyyəti müddətində Göyçay rayonunda çıxan yerli qəzetin, Sumqayıtın "Kimyaçı" qəzetinin, "İnşaatçı" qəzetinin, həmçinin "Müxbir" jurnalının baş redaktoru olub.

Ömrünün 60 ili mətbuatda keçmiş O.Cəfərov jurnalist peşəsinə hədsiz sədaqət, prinsipiallıq nümunəsidir. O, eyni zamanda ziyalı keyfiyyətləri ilə də cəmiyyətdə tanınıb. Veteran jurnalisti səciyyələndirən mühüm xüsusiyyətlərdən biri də onun gənc nəslə hər zaman qayğı ilə yanaşmasıdır. O.Cəfərov neçə-neçə tanınmış qələm sahibinin peşəkar kimi yetişməsində müstəsna rol oynayıb.
Hər zaman təşəbbüskarlığı, fəallığı, səriştəli idarəçilik qabiliyyəti ilə seçilmiş O.Cəfərovun yoxluğunu qəbul etmək olduqca ağırdır, üzücüdür. Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvləri bir daha mərhumun doğmalarına, əzizlərinə, həmkarlarına və dostlarına başsağlığı diləklərini çatdırır, səbr diləyirlər.

Allah rəhmət eləsin!"

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar