Sizin Reklam Burada
Xəbər lenti
03-10-2026
02-10-2026
BÜTÜN XƏBƏRLƏR

Oqtay Əsədov İstanbulda yeni hava limanının açılışında (FOTO)

Tarix: 29-10-2018 22:41     Baxış: 4301 A- / A+
Oqtay Əsədov İstanbulda yeni hava limanının açılışında (FOTO)


İstanbulda yeni inşa olunan hava limanının bu gün keçirilən açılış mərasimində Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Manevr.az xəbər verir ki, tədbirdə yeni hava limanından ilk daxili uçuşun Ankaraya, xarici uçuşun isə Şimali Kiprə və Azərbaycana ediləcəyi bildirilib.

Qeyd edək ki, 76,5 milyon kvadratmetrlik ərazini əhatə edən yeni aeroportun birinci hissəsinin tikintisinə 6 milyard avro sərmayə yatırılıb. Bu hissə il ərzində 90 milyon sərnişinə xidmət göstərəcək.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni aeroportun sadəcə hava limanı deyil, zəfər abidəsi olduğunu deyib.

İstanbul aeroportunun tikintisinin 2028-ci ilədək tamamlanması nəzərdə tutulur. Aeroport tam istifadəyə verildikdən sonra hər gün 2 min təyyarə qəbul edəcək və yola salacaq. 350 istiqamətə uçuşları həyata keçirəcək hava limanı dünyanın 250 aviaşirkətinə xidmət göstərəcək.

Oqtay Əsədov İstanbulda yeni hava limanının açılışında (FOTO)

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar