Xəbər lenti
Avtomobilləri texniki baxışdan keçirməyən sürücülər cərimələnəcək
Azərbaycanda noyabrın 1-dən etibarən bəzi avtomobillərin texniki baxış müddəti başa çatıb.
Manevr.az xəbər verir ki, bu haqda Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BPİ DYPİ) bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.
V.Əsədov bildirib ki, avtomobilini texniki baxışdan keçirməyən sürücülər cərimə olunacaqlar: "Nəqliyyat vasitəsini texniki baxışdan keçirmədən idarə etməyə görə fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 300 manat cərimə olunur. Qanunvericiliklə müəyyən olunan qrafikə əsasən, 1 yanvar - 30 aprel aralığında "VAZ", "QAZ", "Moskviç" və MDB dövlətlərində istehsal olunan digər minik avtomobilləri və motosikletlər texniki baxışdan keçməlidir. Digər xarici ölkələrdə istehsal olunan minik avtomobilləri isə 1 may-31 iyul aralığında texniki baxışa cəlb edilməlidir.
Bölmə rəisinin sözlərinə görə, bu il 2007, 2009 və 2011-ci ildə istehsal olunan nəqliyyat vasitələri texniki baxışdan keçməlidir.Report
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar