Sizin Reklam Burada
Xəbər lenti
07-05-2024
BÜTÜN XƏBƏRLƏR

Aİİ-də Azərbaycan Tələbə - Gənclər Təşkilatları İttifaqının tələbələrlə görüşü keçirilib

Tarix: 23-10-2018 21:13     Baxış: 3213 A- / A+
Aİİ-də Azərbaycan Tələbə - Gənclər Təşkilatları İttifaqının  tələbələrlə görüşü keçirilib



Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) tələbələrlə görüşü keçirilib.


Görüşdə Aİİ-nin müəllim və tələbə heyəti, ATGTİ-nin icraçı direktoru Faiq Məmmədov, Tələbə Gənclər Təşkilatları ilə (TGT) İş departamentinin direktoru Ləman Cavadova iştirak ediblər.

ATGTİ-nin icraçı direktoru Faiq Məmmədov bildirib ki, İttifaq Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin 2005-ci il 15 fevral tarixli Sərəncamına əsasən yaradılıb.

İttifaqın Azərbaycan Respublikasının 96 dövlət və özəl ali məktəbinin tələbə gənclər təşkilatını özündə birləşdirdiyini, bu ali təhsil müəssisələri sırasına həm paytaxt, həm də regionlarda fəaliyyət göstərən universitetlərin daxil olduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, ATGTİ-nin əsas məqsədi dövlətin gənclər siyasətinin həyata keçirilməsi istiqamətində tələbələrin maraqlarını, hüquqlarını təmsil və müdafiə etmək, respublikanın ictimai-siyasi, mədəni, sosial-iqtisadi həyatında onların fəal iştirakını təmin etməkdir. Təşkilatın icraçı direktoru İttifaqın əsas vəzifələrini vurğulayarkən, tələbələrin sosial problemlərinin həlli istiqamətində bir sıra işlərin həyata keçirildiyini deyib. Bu vəzifələrə tələbələr arasında maarifləndirmə işinin aparılması, tələbələrin asudə vaxtının səmərəli təşkil olunması, ölkə daxilində və xaricində keçirilən müsabiqələrdə, olimpiadalarda, sərgilərdə, festivallarda istedadlı və yaradıcı tələbələrin iştirakının təmin edilməsi kimi öhdəliklərin aid olduğu bildirilib.

Azərbaycanda milli-mənəvi dəyərlərin təbliğinə böyük əhəmiyyət verildiyini qeyd edən F.Məmmədov Azərbaycan İlahiyyat İnstitutu tələbələrinin TGT vasitəsilə bu istiqamətə töhfələr verə biləcəklərini vurğulayıb. F.Məmmədov Azərbaycan tələbə kartı barədə geniş məlumat verib, kartın üstünlüklərini diqqətə çatdırıb.

Tədbirdə ən yaxın zamanda Aİİ-də Tələbə Gənclər Təşkilatının yaradılması qərara alınıb.

Manevr.az

Aİİ-də Azərbaycan Tələbə - Gənclər Təşkilatları İttifaqının  tələbələrlə görüşü keçirilib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar