Sizin Reklam Burada
Xəbər lenti
11-09-2025
BÜTÜN XƏBƏRLƏR

Polad Bülbüloğlu Moskvada “Azərbaycanın payız sovqatları”ndan danışır

Tarix: 21-10-2018 12:36     Baxış: 2228 A- / A+
Polad Bülbüloğlu Moskvada “Azərbaycanın payız sovqatları”ndan danışır

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyir ki, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində (XTNS) Azərbaycan pavilyonunun bərpası yaxşı təşəbbüs idi

“Moskvalılara böyük sevgi və ehtiram ruhunda təşkil olunan bu sərgi Moskva ilə Azərbaycan arasında iqtisadi münasibətlərin gələcək inkişafına güclü təkan verəcək”.
Manevr.az xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Moskvada “Azərbaycanın payız sovqatları” şəhərciyinin açılışında jurnalistlərə deyib.
Polad Bülbüloğlu Azərbaycan Moskva sakinlərinin tələbatının ödənilməsi üçün kifayət qədər ərzaq məhsulları istehsal edir: “Bu sərgi Azərbaycan təşkilatlarının Rusiya paytaxtı ilə sıx əməkdaşlığı üçün əlavə stimul olacaq. Onu da qeyd edim ki, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində (XTNS) Azərbaycan pavilyonunun bərpası Moskva meri Sergey Sobyaninin şəxsən irəli sürdüyü və hörmətli Prezidentimiz İlham Əliyevə təqdim etdiyi yaxşı təşəbbüs idi. Hazırda bu işlər demək olar ki yekunlaşıb və binanın daxili tərtibatı aparılır. Biz meriya ilə pavilyonun açılışını gələn il, bahar ərəfəsində keçirməyi nəzərdə tuturuq. XTNS-ə gələnlərin sayı çoxdur və burada Azərbaycan pavilyonunun yenidən fəaliyyətə başlaması bizi çox sevindirəcək. Binanın istifadəyə verildiyi ötən əsrin 50-ci illərindəki görkəmi, o cümlədən bütün memarlıq üslubu və mozaikası qorunub saxlanılıb”.

Qeyd edək ki, Heydər Əliyev Fondu, Azərbaycanın Rusiyadakı səfirliyi və Moskva hökumətinin təşkilatçılığı, Azərbaycanın İqtisadiyyat Nazirliyinin dəstəyi ilə oktyabrın 17-dən 21-dək Moskvanın Tver meydanında “Azərbaycanın payız sovqatları” adlı şəhərcik fəaliyyət göstərəcək.(sputnik.az)


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar