Xəbər lenti
Daha bir marşrut xətti nağdsız ödənişə keçib
Bu gündən etibarən daha bir marşrut xətti üzrə də vahid ödəmə kart sisteminə keçid təmin edilib.
Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr və maarifləndirmə sektorundan verilən məlumata görə, bundan sonra 88 saylı marşrut xəttindən istifadə edən sərnişinlər gediş haqqını “BakıKart” vasitəsi ilə ödəyəcək.
Vahid ödəmə kart sisteminə keçidlə əlaqədar olaraq 88 saylı marşrut xətti üzrə 30 avtobusda validatorlar quraşdırılıb. Həmçinin sərnişinlərin “BakıKart”ı rahat şəkildə əldə edə bilməsi, eləcə də kartda müəyyən məbləğ yükləməsini asanlaşdırmaq üçün 88 saylı marşrut xəttinin hərəkət trayektoriyası üzərindəki bütün dayanacaqlarda ödəmə terminalları quraşdırılıb.
İlk günlər sərnişinlərin təlimatlandırılması və yarana biləcək çətinliklərin aradan qaldırılması məqsədi ilə daşıyıcı şirkətin əməkdaşları dayanacaqlarda sərnişinlərlə iş aparacaq.
Bakıda 15 marşrut xətti üzrə avtobuslarda ödəniş vahid kart sistemi ilə həyata keçirilir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar