Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Rusiya Qarabağı qaytarsa Ermənistanı itirə bilər…” – Gözlənilməz AÇIQLAMA

Tarix: 18-10-2018 12:58     Baxış: 4203 A- / A+
“Rusiya Qarabağı qaytarsa Ermənistanı itirə bilər…” – Gözlənilməz AÇIQLAMA


Ermənistanda stabilliyin pozulması və digər faktorları nəzərə alsaq, Qarabağ münaqişəsinin “dondurulması” uzun müddət davam edə bilməz.
Manevr.az xəbər verir ki, bu fikirləri oxu.az-ın müxbiri ilə söhbətində rusiyalı politoloq, Rusiyanın Elmi Tədqiqatların Dəstəklənməsi Fondunun Ekspertlər Şurasının sədri Qriqori Trofimçuk deyib.

Onun sözlərinə görə, Qarabağ ətrafındakı Azərbaycan rayonlarının geri qaytarılması ilə bağlı danışıqlar, həqiqətən də, çoxdur. Ancaq bu, danışıqdan başqa bir şey deyil, çünki “Lavrov planı” deyilən bir şey yoxdur.
“Hətta Sergey Lavrov özü də demişdi ki, istənilən son 25 ildə qəbul edilən sənədlər əsasında belə “plan” təşkil edə bilər. Əgər bu gün Moskva belə bir addım atsaydı, Ermənistanı itirərdi”, – politoloq bildirib.
Müsahibimiz əlavə edib ki, bundan başqa, Moskva Yerevanı belə şantaj edə bilməz, çünki ermənilərin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bir hissəsi olmasını və digər faktorları nəzərə alsaq, bunun vəziyyəti gərginləşdirəcəyi aydındır.
Politoloqun fikrincə, 2014-cü ilə qədər Ermənistan ilk olaraq rayonlardan birini Azərbaycana qaytara bilərdi.
“Əminəm ki, Azərbaycan burada nümunəvi iqtisadi quracaqdı. Və bu Bakıda yaxşı alınardı”, – ekspert qeyd edib.
Trofimçuk bəyan edib ki, indi bunu etmək olmaz, çünki ümumi regional və geosiyasi parametrlər sərtləşdirilib.
“Güclü dünya oyunçularının maraq zonasına daxil olan, eyni zamanda, burada bioloji laboratoriyaların yerləşdirilməsi planını nəzərə alaraq, Qarabağ və ətrafındakı rayonlara xüsusi əməliyyat meydanı kimi baxmaq lazımdır”.
Ermənistanın köməyilə “yiyəsiz” yerə çevrilən bu ərazidə belə obyektlər yerləşdirmək çox asandır. Əlbəttə, Azərbaycan Qarabağ və ətrafındakı rayonları qaytara bilər. Ancaq təsəvvür edin ki, bu zaman Cənubi Qafqazda vəziyyət necə olacaq və bu “yanan plazma” nələrə səbəb olacaq. Burada lokal və izolyasiya edilmiş müharibə olmayacaq”, – Trofimçuk bildirib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar