Xəbər lenti
Azərbaycanda yumurta qıtlığı: qiymətlər bahalaşdı

Bakıda yerləşən marketlərdə yumurtanın satış qiyməti bahalaşıb.
Alıcılar bildirirlər ki, son bir neçə gündür yumurtanın qiymətində 2 dəfəyə yaxın bahalaşma müşahidə olunur. Üstəlik marketlərdə yumurta qıtlığı yaşanır.
Belə ki, daha əvvəl 16-17 qəpiyə satılan bir ədəd yumurta hazırda marketlərdə 20-30 qəpik arasında alıcılara təklif edilir.
Məsələ ilə bağlı Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev bildirib ki, hazırda Azərbaycanda yumurtaya təlabat digər vaxtlarla müqayisədə 5-6 dəfə çoxdur. Onun sözlərinə görə, tələbatın kəskin artması mövsümi xarakter daşıyır: "Bu kimi hallar ildə 2 dəfə olur. Ara-sıra həm yumurtaya, həm də quş ətinə kəskin tələbat yaranır. İstehsal həcmi isə eyni səviyyədə qalıb. Hazırda onun artırılması istiqamətində iş aparılır". report
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar