Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bakının Suriya ilə bağlı mövqeyi bəlli oldu

Tarix: 31-10-2016 19:58     Baxış: 3453 A- / A+
Bakının Suriya ilə bağlı mövqeyi bəlli oldu


Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Misirin Yaxın Şərq İnformasiya Agentliyinə (MENA) müsahibə verib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, E.Məmmədyarov ölkələrimiz arasında ikitərəfli əlaqələrin tarixi, siyasi, iqtisadi, enerji, təhsil, mədəniyyət və humanitar sahələrdə qurulmuş əməkdaşlıqdan söz açıb. Nazir əczaçılıq, turizm, yüngül sənaye, informasiya texnologiyaları, kənd təsərrüfatı sahələrində əməkdaşlıq üçün geniş potensialın olduğunu vurğulayıb. O, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün hökumətlərarası komissiyanın noyabr ayında keçirilməsi nəzərdə tutulan iclasının mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib və parlamentlərarası əlaqələrin vacibliyinə toxunub.

İki ölkə arasında müqavilə-hüquq bazasının geniş olduğunu qeyd edən Elmar Məmmədyarov ikitərəfli əsasda müxtəlif sahələri əhatə edən 40-dan çox sənədin imzalandığını bildirib və yüksək səviyyəli səfərlərin əhəmiyyətindən danışıb.

Nazir Azərbaycanın 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi təşkilatın işinə verdiyi töhfələrdən söz açıb, ilk dəfə ölkəmizin təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurası-İslam Əməkdaşlıq Təşkilatı formatında birgə iclasın keçirildiyini xatırladıb. O, eyni zamanda, bu təşəbbüsün davam etdirilməsinin əhəmiyyətini xüsusi vurğulayıb. Çoxtərəfli əsasda beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan-Misir əlaqələrinə toxunan Elmar Məmmədyarov 2019-cu ildə Qoşulmama Hərəkatının XVIII Zirvə toplantısının Azərbaycanda keçiriləcəyini və 2019-2022-ci illərdə ölkəmizin Qoşulmama Hərəkatına sədrlik edəcəyini bildirib.

Suriya probleminin həllində Azərbaycanın mövqeyinə dair suala cavabında nazir qeyd edib ki, ilk növbədə humanitar böhranın aradan qaldırılması üçün Suriyada atəşkəsə nail olunmalı və problemin siyasi həlli tapılmalıdır. O, bütün Suriya xalqının iradəsinə əsaslanan siyasi həllin tapılması üçün hərtərəfli prosesin başlanılmasının vacibliyini qeyd edərək, Suriyanın ərazi bütövlüyünün və siyasi birliyinin təmin edilməli və qorunub saxlanılmalı olduğunu diqqətə çatdırıb. Nazir Ermənistanın işğalçılıq siyasəti nəticəsində humanitar fəlakətdən əziyyət çəkmiş ölkə kimi Azərbaycanın Suriyadakı humanitar problemi yaxından anladığını və qaçqınların vəziyyətini yüngülləşdirmək üçün beynəlxalq təsisatlar vasitəsilə yardımlar etməyə çalışdığını bildirib. O, dünyada terror, silahlı münaqişə, savadsızlıq, sosial problemlər kimi ümumi bəlaların aradan qaldırılması üçün beynəlxalq əməkdaşlığın gücləndirilməsinin zəruriliyini vurğulayıb.

Ölkəmizdə keçirilən beynəlxalq tədbirlərdən danışan Elmar Məmmədyarov BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunu və V Bakı Beynəlxalq Humanitar Forumunu qeyd edib. O, gələn il ölkəmizdə keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının İƏT-ə üzv ölkələr arasında dialoq, anlaşma və həmrəyliyin təşviqinə xidmət edəcəyinə əminliyini bildirib.

Ermənistan-Azərbaycan münaqişəsi və danışıqlar prosesi barədə danışan Elmar Məmmədyarov Ermənistanın işğalçılıq siyasəti, qeyri-konstruktiv mövqeyi, aprel döyüşlərində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatlar barədə söz açıb. Münaqişənin həlli istiqamətində BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsini xatırladan Elmar Məmmədyarov bu qətnamələrin hələ də icra edilməməsini, işğal nəticəsində 1 milyondan çox qaçqın və məcburi köçkünün öz doğma yurdlarından didərgin düşdüyünü bildirib.(axar.az)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar