Sizin Reklam Burada
Xəbər lenti
26-02-2025
25-02-2025
BÜTÜN XƏBƏRLƏR

Prezident tapşırıq verdi: Məmurların vətəndaş qəbulunda yenilik

Tarix: 12-10-2018 13:47     Baxış: 4536 A- / A+
Prezident tapşırıq verdi: Məmurların vətəndaş qəbulunda yenilik


Prezidenti İlham Əliyevin tapşırığına əsasən, bir neçə ildir Bakı şəhərində və regionlarda mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri mütəmadi olaraq vətəndaşlarla qəbul keçirirlər.

Ölkə başçısının göstərişi ilə regionlarda və paytaxt Bakıda hər bir icra başçısı ayda bir neçə dəfə sakinlərlə onlara daha yaxın ərazilərdə görüşlər keçirməlidir.

Görüşdə icra başçısı, müavinlər, şöbə müdirləri, digər məsul işçilər, hüquq-mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbərləri də iştirak edirlər.

Dövlət başçısının tapşırığı ilə səyyar qəbulu zamanı icra başçısı rayon idarələrinin rəhbərləri ilə birlikdə əhalini narahat edən sosial problemlərin həllinə nail olmaq üçün, narahatlıq doğuran məsələləri, vətəndaşların istək və arzularını öyrənirlər.

Artıq bu görüşlərlə bağlı yenilik edilib. Belə ki, prezidentin göstərişi ilə hər bir rayon və şəhərdə sakinlərlə görüşə icra başçı ilə yanaşı, Prezident Administrasiyasından bir nümyəndə də qatılır.

Qeyd edilir ki, bu yenilik görüş zamanı sakinlərin qaldırdığı problemləri birbaşa Prezident Administrasiyasına çatdırmağa və qaldırılan məsələnin tez bir zamanda həllinə nail olmağa şərait yaradacaq./modern.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar