Xəbər lenti
Məlahət Abbasova Ərdoğanla görüşüb

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Məlahət Abbasova Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iqamətgahında təşkil olunan tədbirə qatılıb.
Manevr.az xəbər verir ki, aktrisa bu haqda sosial şəbəkədə yazıb: “Cümhuriyyətin yaranmasının 93-cü ildönümü ilə bağlı Türkiyə Prezidentinin iqamətgahında gerçəkləşən tədbirə tək azərbaycanlı sənət adamı olaraq dəvət olunmağım ölkəm və xalqım adına mənə çox böyük qürur verdi. Hörmətli prezident və yoldaşı Əminə xanımla çox gözəl söhbətlərimiz oldu. Azərbaycana olan hörmətlərindən, diqqətlərindən dolayı onlara təşəkkür etdim. Qələbəliyə rəğmən mənimlə qısa zaman kəsiyində söhbət etmələri, teatr və seriallardakı yeniliklərimi xəbər almaları mənə bir başqa xoşbəxtlik yaşatdı. Daha sonra qızları Əsra xanım Albayrak və kürəkəni – energetika naziri Berat Albayrakla uzun bir söhbətimiz oldu. Həm prezidentə, həm də ailəsinə onları teatrımızda görməkdən məmnun olacağımızı dedim. Xüsusilə Əminə xanım və Əsra xanım mütləq gələcəklərini dedilər”.

Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar