Xəbər lenti
Sərnişin avtobuslarının 50 faizi yenilənməlidir Rəsmi açıqlama
Bakı şəhərinin ictimai nəqliyyatında göstərilən xidmətlərin həm təhlükəsizlik, həm də keyfiyyət nöqteyi-nəzərindən qabaqcıl dünya standartlarına çatdırılması məqsədilə, sərnişinlərin avtobus nəqliyyatından təhlükəsiz və rahat istifadəsinin təşkili üçün avtobus parkının yenilənməsi daim diqqət mərkəzindədir.
Bu barədə Manevr.az Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Məlumatda vurğulanıb ki, son 3 ildə orta və iritutumlu 300-dən artıq müasir sərnişindaşıyan avtobus alınaraq, Bakı şəhərinin marşrut şəbəkəsində istismara buraxılıb. Daha 300 müasir və komfortlu, eyni zamanda iritutumlu avtobusların alınması ilə bağlı iş aparılır:
"Məqsədimiz, sərnişinlərimizə təhlükəsiz, keyfiyyətli və şəhərimizin inkişaf edən simasına uyğun sərnişindaşıma xidmətinin təşkilinə nail olmaqdır. Lakin Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında cənab prezidentin də vurğuladığı kimi özəl sketorun bu sahədəki fəaliyyət özünü doğrultmadı. Baxmayaraq ki, dövlət tərəfindən bütün sahələrdə, o cümlədən sərnişindaşımada fəaliyyət göstərən sahibkarlar üçün sağlam mühit formalaşdırılıb. Əvvəllər də açıqladığımız kimi bu gün daşıyıcıların böyük əksəriyyətinin istehsalat və maddi texniki bazaları, avtobus parkı qoyulan tələblərə cavab verməyən səviyyədədir. Daşıyıcılara məxsus avtobusların 50 faizinin yenilənməsi zərurəti yaranıb. Marşrut xətləri üzrə fəaliyyət göstərən sürücülərin peşəkarlıq səviyyəsi olduqca aşağıdır. Sükan arxasında fiziki və psixoloji durumunda problemləri olan, eyni zamanda müvafiq sənədləri olmayan şəxslər əyləşir. Bütün bunlar isə sərnişindaşıma ilə məşğul olan daşıyıcıların işə məsuliyyətsiz yanaşmasının doğurduğu məntiqi nəticədir".
Qeyd olunub ki, sərnişindaşımada xidmətin keyfiyyətinin artırılması üçün Bakı Nəqliyyat Agentliyi səlahiyyətləri çərçivəsində zəruri olan bütün tədbirləri həyata keçirməkdədir.
"Bu işlər bundan sonra daha da sürətləndiriləcək. Cənab prezidentin aprelin 2-də və iyulun 6-da imzaladığı müvafiq fərmanlar bu istiqamətdə başladığımız işlərin daha səmərəli təşkil edilməsi baxımından olduqca əhəmiyyətlidir. Yeni alınacaq nəqliyyat vasitələrinin alınması marşrut xətlərinin bölgüsündə dövlət qurumunun payı əhəmiyyətli dərəcədə artırılacaq və bunun nəticəsində də işinə məsuliyyətsiz yanaşan daşıyıcılar marşrut şəbəkəsindən kənarlaşdırılacaq. Dövlət başçımızın vurğuladığı kimi əgər özəl şirkətlər bu sahədə işləmək istəyirlərsə, öz işlərində çox ciddi dəyişiklik etməlidirlər".
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar