Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

“1 milyon köçkünü aşağılamağa heç kimin haqqı yoxdur” - “Qarabağ” mitinqinə reaksiya

Tarix: 05-10-2018 14:44     Baxış: 4329 A- / A+
“1 milyon köçkünü aşağılamağa heç kimin haqqı yoxdur” - “Qarabağ” mitinqinə reaksiya


"Son dövrlərdə bir qrup insan Dağlıq Qarabağ adı altında müxtəlif kütləvi aksiyalar keçirir. Qarabağla heç bir bağlılığı olmayan insanların bu məsələni ortaya atması erməni dəyirmanına su tökməklə yanaşı, cəmiyyətdə çaşqınlığa xidmət edir”.

Manevr.az-ın məlumatına görə, bu fikirləri Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.

Dağlıq Qarabağla bağlı məsələnin hər zaman diqqətdə saxlanıldığını deyən deputat söyləyib ki, Azərbaycan Prezidenti tərəfindən bu istiqamətdə zəruri işlər görülür:
"Bütün beynəlxalq təşkilatlarda nəinki işğal olunmuş ərazilər, eyni zamanda vaxtilə Azərbaycanın tarixi torpaqları ilə bağlı həqiqətlər dünyaya çatdırılır. Azərbaycan Prezidenti danışıqlarla bağlı mütəmadi olaraq vətəndaşlara hesabat verir. İstər forumlarda, istərsə də regionlara səfərləri zamanı hər zaman Dağlıq Qarabağ məsələsinə toxunur. Bu, ictimaiyyətə bəllidir. İctimaiyyət də bu il keçirilən prezident seçkilərində ölkə başçısına yekdilliklə səs verərək bu hüququn yalnız Prezidentə aid olduğunu təsdiqlədi”.

S.Novruzov qeyd edib ki, Dağlıq Qarabağla əlaqədar ən kəskin münasibət cənab Prezident tərəfindən göstərilir:
"Azərbaycan xalqının verdiyi mandatla problemin həlli istiqamətində məsələlər davam edir. Qarabağ bütün azərbaycanlılarındır. Azərbaycan bütün danışıqlarda, ordunun gücləndirilməsində bu məsələyə hazırlığını sübut edir və ortaya qoyub. Bu il ölkədə keçirilən iki hərbi parad buna nümunədir. Azərbaycan sülh tərəfdarı olduğunu, yalnız bunun mümkün olmadığı təqdirdə, hərbi yola da əl ata biləcəyini hər zaman açıqlayıb. Lakin bundan sui-istifadə edənlər torpaqlarından didərgin düşən qaçqın və məcburi köçkünlərə çağırış edərək onları mənəvi terrorla üz-üzə qoyurlar”.

Millət vəkili bildirib ki, birinci Qarabağ münaribəsində hər bir azərbaycanlı döyüşüb, mübarizə aparıbsa, bu, hər zaman belə də olacaq:
"Burada "mənim-sənin" məsələsi ola bilməz. Bu gün dövlət tərəfindən 1 milyondan çox qaçqın və məcburi köçkünün həyat şəraitinin yaxşılaşdırılması ilə müvafiq tədbirlər görülür, onlar üçün evlər, mənzillər tikilir. Təbii ki, onlar öz yurd-yuvalarına qayıdacaqlar. Lakin onları mənəvi terrora məruz qoymağa, aşağılamağa heç kimin haqqı yoxdur".

O əlavə edib ki, münaqişə hər hansı futbol meydançasında keçirilən mitinqlə həll olunan məsələ deyil:
"Dağlıq Qarabağ məsələsi Ali Baş Komandanın rəhbərliyi, beynəlxalq hüquq çərçivəsində, qanuni yolla azad olunacaq. Biz problemin sülh yolu ilə həllinə çalışırıq, olmayacağı təqdirdə, hərbi yola əl atacağıq. Görəsən, indi etiraz edənlər bu müharibədə iştirak edəcəklərmi? O mitinqi edənlərin övladları iştirak edəcəklərmi? Azərbaycanın ərazi bütövlüyü onlar üçün əsas şərt deyil, onlar üçün əsas şərt belə oyunbazlıq etməkdir. Azərbaycan xalqı da bunu görür və bunun nəticəsi olaraq həmin insanları boykot edir. Bu şəxslər Dağlıq Qarabağ adı altında insanların hissləri ilə oynamasınlar”./bakupost

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar