Xəbər lenti
Putin Sankt-Peterburqu keçmiş bakılıya tapşırdı
Rusiya prezidenti Vladimir Putin Aleksandr Beqlova müvəqqəti olaraq Sankt-Peterburq qubernatoru vəzifəsini icra etməyi tapşırıb.
Manevr.az sputni-ə istinadla xəbər verir ki, Putin bu qərarı Beqlov və Peterburqun bir müddət əvvəl istefaya göndərilən qubernatoru Georgi Poltavçenko ilə üçtərəfli görüşü zamanı verilib. Putin Beqlova seçkidə Sankt-Peterburq qubernatoru vəzifəsi uğrunda mübarizə aparıb-aparmayacağını da müəyyənləşdirməyi təklif edib.
Buna qədər Beqlov Şimal-Qərb federal dairəsində Rusiya Federasiyasının prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsində çalışıb.
Aleksandr Dmitriyeviç Beqlov 1956-cı il mayın 19-da Bakıda doğulub. Onun atası İkinci Dünya Müharibəsinin iştirakçısıdır. Maraqlıdır ki, keçmiş qubernator Georgi Poltavçenko da Bakıda doğulub.
Beqlov qubernator postunu 2019-cu ilin sentyabrına kimi tutacaq. Gələn ilkin sentyabrında qubernator seçkiləri keçiriləcək.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























