Xəbər lenti
Qırmızı qadınları ilə məşhur Himba qəbiləsinin qeyri-adi doğum ənənəsi
İnsanlıq texnologiyanın inkişaf etməsi ilə birlikdə hər gün bir az daha irəliyə getsə də hələ də müasir həyatdan kənarda qalan, ibtidai həyat sürən bir çox insan var.
Manevr.az xarici mediaya istinadla bildirir ki, adətən Afrika bölgəsində yaşayan bu qəbilələr və əsrlərdir davam etdirdikləri adət-ənənələrin bir çoxu bizə qəribə görünür. Bu adət-ənələrdən biri də Himbaların həyata keçirdiyi doğum ritualıdır.
Himbalar şimalı Namibyada Kunene bölgəsində yaşayan bir etnik qrupdur.
20.000-50.000 arası nüfusa sahib olduğu düşünülən cəmiyyət köçəri həyat yaşayır. Qəbilələr halında yaşayan Herorolardan 15-ci əsrdə ayrılıb və şimal-qərbi Namibyaya köçərək ovçuluq və yığıcılıqla məşğul olublar.
Qadınların özləri üçün hazırladığı bir növ günəşdən qoruyan qırmızı rəngli qarışım qəbilənin “qırmızı qadınlar qəbiləsi” adlandırılmasına səbəb olub.
Heç zaman yuyunmayan Himbalar bədənlərini bir növ məcunla əhatə edirlər və təmizliklərini gözəl qoxulu bitkilərin dumanı ilə təmin edirlər.
Himbalarda ən qeyri-adi ənənə isə qadınların doğuşları ilə əlaqəlidir. Bir qadın hamilə qalmaq istədikdə bir ağacın altına oturur və doğulacaq uşağının onunla ünsiyyət qurmasını gözləyirlər.
İlk ünsiyyət isə uşağın anasına söylədiyi mahnı ilə başlayır.
Daha sonra Himba qadınları mahnını həyat yoldaşlarına da öyrədirlər və hamilə qalırlar.
Uşağın doğum günü isə doğulduğu gün deyil, bu mahnını söylədiyi gün hesab olunur.
Himba qəbiləsi dünyanın ən sevgi dolu, yardım sevər və gülər üzlü qəbilələrindən biridir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar