Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Adam gözləyirəm”, “Bir dəqiqəyə çıxıram”, “Xəstəm var”... BAKIDA illərdir davam edən PROBLEM

Tarix: 02-10-2018 12:18     Baxış: 3473 A- / A+
“Adam gözləyirəm”, “Bir dəqiqəyə çıxıram”, “Xəstəm var”...



“1 manatlıq” taksilər, qanunsuz sərnişin daşıyan “Ford”lar, harada gəldi dayanan sürücülər deyəndə yəqin ki, sizin də ağlınıza paytaxtın 20 Yanvar dairəsi adlanan ərazisi gəlir.

Avtomobil tıxacının ən gərgin olduğu bu ərazi paytaxtın şimal tərəfdən giriş-çıxış qapısı olduğundan, günün istənilən saatında burada tıxaca rast gəlmək mümkündür. Maraqlı olan məqam bundan ibarətdir ki, Dövlət Yol Polisi tərəfindən dəfələrlə qeyd olunan ərazidə reydlər aparılmasına baxmayaraq, problem hələ də həllini tapmır. Nə qanunsuz fəaliyyət göstərən nəqliyyat vasitələri oradan tamamilə yığışdırıla bilir, nə də tıxac problemi aradan qalxır.
Mövzu ilə bağlı açıqlama verən Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib ki, sürücülər mentalitetlə bağlı yaranan təhlükəli vəziyyətlərdən yaxa qurtarmağı bacarmalıdır:

“Həmin hissədə dayanma-durma hərəkətlərini pozan sürücülərə yaxınlaşan zaman bu sözləri deyirlər: “Gedirəm, müəllim”, “Adam gözləyirəm”, “Bir dəqiqəyə çıxıram”, “Xəstəm var”, “Nə etmişəm ki?” və s. İllərdir bu sözlər dəyişmir. Bununla bağlı dəfələrlə məruzə vermişəm. Bu sözlər sürücüləri məsuliyyətdən azad etmir. Hörmətli sürücülər, polis, yaxud hər hansı bir qurum tərəfindən tədbir görülməsə də, özünüz öz vicdanınız qarşısında hesabat verin. İstəyirəm ki, XXI əsrdə Azərbaycanda yaşayn hər bir hərəkət iştirakçısı müasir dövrün müasir tələblərinə uyğun olsun. İndi hər cür şəraitimiz var. 1 miyon 400 mindən çox ölkəmizdə avtomobil var. Hər 8 nəfərdən birinə avtomboil düşür. Bakı şəhərində küçələrin uzunluğu 2300 km-dən qısa deyil. Yeraltı, yerüstü piyada keçidlərinin sayı artır. Bu gün də paytaxtın gözəlləşməsi istiqamətində işlər görülür, sosial tikintilər davam edir. Biz də XXI əsrin tələblərinə uyğun kamera görüntülərinə nəzarət edir, tədbirlər görürük. Lakin buna baxmayaraq, hələ də sözügedən ərazilərdə taksilər dayanır. Bu səbələ, bir-birindən asılı olan məqamlar axtarılıb tapılmalıdır”.\metbuat.az



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar