Xəbər lenti
Xərçəngə qarşı qoruyan “Qızıl qarışım”
Edilən araşdırmalara görə xüsusilə Hindistanda yaşayan insanların dünya miqyasındakı insanlara nisbətən daha az xərçəngə yaxalandıqları müəyyən olunub.
Manevr.az xarici KİV-ı istinadla xəbər verir ki, bunun səbəbi isə Hindistanda yaşayan insanların günlük həyatlarında zərdəçaldan çox istifadə etmələridir. Zərdəçalın tərkibində olan kurkimin maddəsi xərçəng əleyhinə olduğu üçün bu təsiri verir.
Kurkimin maddəsinin açığa çıxması üçün bir südə, qatığa, ayrana və ya kefirə ehtiyac duyulur. Təsirlərini artırmaq üçün sirkə, qara bibər, zeytun yağı kimi maddələrə də ehtiyac var. Həm rəngi, həm də bu faydaları sayəsində bu qarışıq “qızıl qarışım” olaraq adlandırılır.
1 stəkan kefirə 1 çay qaşığı toz və ya təzə zərdəçal əlavə edin. İçərisinə eyni miqdarda qara bibər, 1 yemək qaşığı Hindistan qozu yağı və ya zeytun yağı, dadlandırmaq üçün darçın, bal və ya zəncəfil, istəyə görə bir neçə damla limon və ya təbii sirkə əlavə edib qarışdıraraq qəbul edə bilərsiniz. Bu qarışığı xüsusilə ac qarnına qəbul etmək daha faydalıdır.
Bu qarışıq həzm sisteminin sürətlə işləməsini təmin edir. Xora, qastrit kimi mədə narahatlıqlarının azalmasına kömək edir. Xüsusilə bağırsaq problemlərindən əziyyət çəkənlər üçün çox faydalıdır. bu “qızıl qarışım” enerji verir, qan şəkərini tənzimləyir və toxluq hissi yaradır.
Xərçəng hüceyrələrini öldürmədə çox təsirlidir. Xərçəng müalicəsində əhəmiyyətli bir dərman kimi istifadə edilir.
Zərdəçala və ya digər materiallara alergiya olma riskinə qarşı həkimlə məsləhətləşməyiniz tövsiyyə olunur.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar