Xəbər lenti
Deputatlar bir-birini sərt tənqid etdi — Milli Məclisin iclasında QALMAQAL
Milli Məclisin bu gün keçirilən plenar iclasında deputatlar – Qüdrət Həsənquliyevlə Araz Əlizadə arasında mübahisə yaşanıb.
Manevr.az xəbər verir ki, millət vəkili Araz Əlizadə iclasda çıxışı zamanı Azərbaycanın başqa dövlətlərə deyil, yalnız özünə inanaraq torpaqları işğaldan azad etməsinin vacibliyini vurğulayıb:
“Çox təəssüf ki, son vaxtlar Milli Məclisdə “Ermənistanın arxasında başqa dövlətlər dayanır” kimi Azərbaycan xalqını ruhdan salan fikirlər səsləndirilir. Hörmətli spiker, bu cür fikirlərin səsləndirilməsinə imkan vermək olmaz. Azərbaycan heç kəsdən çəkinmədən torpaqlarını işğaldan azad etmək hüququna malikdir. Cənab prezident İlham Əliyev də lazım gələn zaman bu əmri verəcək. Bunun əleyhinə müzakirələrin aparılması yolverilməzdir”.
Millət vəkili Qüdrət Həsənquliyev isə Araz Əlizadənin bu çıxışına sərt şəkildə cavab verib:
“Araz Əlizadənin hara bağlı olduğunu yaxşı bilirəm. Araz Əlizadəni incidən mənim burada Rusiyanı tənqid etməyimdir. Çünki Araz Əlizadə və Ayaz Mütəllibov daim Rusiyanı müdafiə edirlər. Ona görə mənim çıxışıma belə reaksiya verdi. Mən bir daha deyirəm ki, işğalçı Ermənistanın arxasında Rusiya dayanır. Bu baxımdan da mən “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Mədəniyyət Mərkəzlərinin təsis olunması, iş mexanizmi və fəaliyyətləri haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsini yüksək qiymətləndirirəm”./ölkə.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar