Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Kişilər daha çox xəyanət edir, yoxsa qadınlar?

Tarix: 26-09-2018 09:44     Baxış: 4219 A- / A+
Kişilər daha çox xəyanət edir, yoxsa qadınlar?



Cəmiyyətdə mentalitetdən qaynaqlanan belə bir fikir var: kişi xəyanət edə bilər, amma qadın isə əsla.

ARB TV-nin "Günə Doğru" verilişində son zamanlar kişilər qədər olmasa da, qadınlar arasında xəyanət hallarının artmasına dair reportaj hazırlanıb.

Əhməd Qəşəmoğlu - sosioloq: "Uşaq vaxtlarından aldatmağa, söyməyə öyrəşənlər böyüyəndə də xəyanət edir. Bizim oğlan uşaqları 13-14 yaşına çatanda elə bilirlər ki, hansısa qız uşağını aldatmaq böyük bir şeydir".

Psixoloqlar belə hesab edirlər ki, xəyanət edən insanlar psixoloji problem yaşadığı üçün belə bir addımı atırlar. Onlar xəyanət üsulu ilə yaşadıqları travmalardan şüuraltı olaraq intiqamını almış olurlar.

Elnur Rüstəmov - psixoloq: "Düşünür ki evində bir hüzuru yoxdur, başqa bir yerdə öz düşüncəsində hüzur yaradır. Ancaq fərqində deyil ki, daha böyük bir problemə doğru gedir. İnsandır, ola bilər elə vəziyyət yaransın ki, hər hansı xırda yalnışlığa yol versin. Belə olan təqdirdə ailə üzvləri ailəyə müdaxilə edən tərəfə qarşı mübarizə aparmalıdır".

Şəhər sakinləri edilən xəyanətləri müxtəlif səbəbələrlə izah edirlər.

Sakin: "Səbrli olmaq lazımdır".
Sakin: "Əsas evi tikən qadındır. 48 ildir ailə qurmuşam, mənim yoldaşım mənə çox əzizdir".

Mütəxəssislər qloballaşan dünyada durmadan inkişaf edən sosial şəbəkələrdən istifadə edərkən diqqətli olmağı məsləhət bilirlər.

Əhməd Qəşəmoğlu - sosioloq: "İnternet, sosial şəbəkələr ilan zəhəri kimi bir şeydir. Düzgün istifadə ediləndə dərman, artıq istifadə etsən ziyandır".


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar