Sizin Reklam Burada
Xəbər lenti
22-01-2025
21-01-2025
BÜTÜN XƏBƏRLƏR

"Söndür onu, qoy işimizi görək" - Paytaxtda qanunsuz siqaret satan işbazlar DANIŞDILAR

Tarix: 25-09-2018 11:19     Baxış: 3360 A- / A+
"Söndür onu, qoy işimizi görək" - Paytaxtda qanunsuz siqaret satan işbazlar DANIŞDILAR


Kimi piştaxta altında, kimi yararız, kimi də hətta lüks avtomobildə siqaret satışı ilə məşğuldur.


Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, paytaxtda yol kənarında satılan və aksiz markası olmayan xarici ölkə istehsalı siqaretləri alanlar, həmçinin gözlərini bu qanunsuz işə yumanlar da az deyil.

Qanunvericiliyə görə siqaret satışı lisenziya əsasında həyata keçirilməlidir. Hətta aksiz markasız siqaret satan bu işbazların lisenziyadan xəbərləri yəqin ki, yoxdur. Belə olmasaydı piştaxta altından yarı açıq, yarı xəlvət satış etməzdilər.

Satıcı: "Satdığım siqaretlərin hamısı Bakıda istehsal olunur".

Satıcılar deyirlər ki, aksiz markasız tütün məmulatlarının xüsusi topdan satış mərkəzləri var. Üstəlik belə siqaretlərin qazancı da icazəli siqaretlərdən daha çoxdur. Mənşəyi bilinməsə də...

Satıcı: "Qardaşım, mənim işim satmaqdır. İkincisi də ki, fərqini bilmirəm hansı bahadır, hansı ucuz. Mənşəyi bilinmir".

Bəziləri isə bu bizneslə tam gizli məşul olurlar. Amma alıcalara sadə və bilinən üsulla mesaj verirlər. Bu işbazlar elə faəliyyət göstərirlər ki, sanki, heç bir qurum onları görmür. Satıcıların sözləri də bunu təsdiqləyir.

Satıcı: "Gəlirlər yola saliriq gedirlər. Deyirlər olmaz. Sağol deyirik, gedirlər. Söndür onu, qoy işimizi görək".

Ölkə ərazisinə istifadə miqdarından artıq siqaret gətirmək qadağandır. Yol kənarlarında gördüklərimiz isə deməyə əsas verir ki, qadağadan qazananlar da az deyil.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar