Xəbər lenti
Novruz Məmmədov yeni dövlət qurumu yaratdı
Nazirlər Kabineti "Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun yaradılması haqqında" qərar qəbul edib.
Manevr.az xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.
Qərarda deyilir:
1. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupu yaradılsın.
2. "Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun tərkibi” təsdiq edilsin (əlavə olunur).
3. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunda təmsil olunmuş dövlət qurumunun nümayəndəsi ilə əmək münasibətlərinə xitam verildikdə, yaxud həmin nümayəndənin başqa səbəblərdən Koordinasiya Qrupunun işində iştirakı mümkün olmadıqda, həmin dövlət qurumu bu qərarın 2-ci hissəsi ilə təsdiq edilmiş tərkibdə göstərilən nümayəndəsini əvəz etsin və Azərbaycan Respublikasının Nazirlər Kabinetini bu barədə məlumatlandırsın.
4. Kiçik və orta biznes evlərinin əhatə etdiyi ərazilər üzrə rayon (şəhər) icra hakimiyyətləri Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin müraciəti əsasında Koordinasiya Qrupuna nümayəndələrinin ayrılmasını təmin etsinlər.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar