Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bu il 83 nəfər dərmandan zəhərlənib

Tarix: 24-09-2018 17:18     Baxış: 4244 A- / A+
Bu il 83 nəfər dərmandan


Bu ilin əvvəlindən indiyədək 83 nəfər dərmandan zəhərlənmə şikayəti ilə Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinə müraciət edib.

Bunu mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.
Onun sözlərinə görə, bu il ərzində 92 nəfər dərmanların qəbulundan sonra yaranan allergik təsirlərlə bağlı mərkəzə müraciət edib.

A.Maqsudov hesab edir ki, dərmandan zəhərlənmə hallarının baş verməsi ölkədəki dərman preparatlarının keyfiyyətsizliyi ilə bağlı deyil:

"Bu cür hallar həkim məsləhəti olmadan özbaşına, təyinatsız dərman preparatları qəbul etməkdən baş verir. Bu da sonda zəhərlənmə ilə nəticələnir. Bizim xəstələrlə söhbətimizdə də onlar dərmanın dozasını həkimin dediyindən daha artıq qəbul etdiyini söyləyirlər".

A.Maqsudov qeyd edib ki, müraciət edənlər əsasən, antibiotiklər və vitaminlərin qəbulu nəticəsində dərmanların əlavə təsirlərinə məruz qalıblar.

Onun sözlərinə görə, vitaminlərin qəbulu xeyirli olsa da, onların dozadan artıq qəbulu orqanizmdə fəsadlar yarada bilər:

“Eyni zamanda, soyuqdəyməyə qarşı dərmanlar da müəyyən allergik reaksiyalar verə bilər. Eyni zamanda, qaraciyər, qan təzyiqi üçün olan dərmanların da əlavə təsirlər yaratması mümkündür. Buna görə də belə dərmanları qəbul edən şəxslər olduqca ehtiyatlı olmalıdırlar”.

A.Maqsudov bildirib ki, insanlarda çox zaman dərmanların əlavə təsirlərini venadaxili, inyeksiya şəklində qəbul edilən dərmanlar yaradır.

Toksikoloq dərmanın əlavə təsirlərinin qeydə alınması ilə dərmandan zəhərlənmə arasında fərqlərin olduğunu da deyib.

Onun sözlərinə görə, dərmanın əlavə təsirləri özünü allergik reaksiya kimi biruzə verir: "Bu zaman dəridə qızarma olur, başgicəllənmə yaranır. Ümumi əlamətləri dərman zəhərlənməsinə oxşayır, amma bu əlamətlər dərman zəhərlənməsi deyil. Dərman zəhərlənməsi laboratoriyada qanın toksiki-kimyəvi analizi vasitəsilə ilə müəyyən olunur. Bu analizin müayinəsi zamanı dərman zəhərlənməsinin baş verib-vermədiyini və hansı tip dərmandan baş verdiyi təsdiqlənir. Xəstə dərmanın əlavə təsirlərinə məruz qaldıqda tibbi yardımdan sonra evə buraxılır. Dərman zəhərlənməsi olduqda isə xəstə mütləq xəstəxana rejimində müalicə edilməlidir”. /trend.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar