Xəbər lenti
İrəvan seçkiləri bitdi: Paşinyanın alyansı qalib gəldi
Ermənistanın baş naziri Nikol Paşinyanın sədri olduğu “Vətəndaş sazişi” partiyasının rəhbərlik etdiyi “Mənim addımım” seçki bloku Yerevanın şəhər şurası seçkilərində qalib gəlib.
Bu barədə Ermənistanın Mərkəzi Seçki Komitəsi məlumat yayıb.
Komitənin məlumatına görə, “Mənim addımım”seçki bloku seçicilərin 81,06 faizinin səsini toplayıb. Rəsmi məlumatda bildirilir ki, 475 seçki məntəqəsinin hamısının bülletenlərinin hesablanmasına əsasən “Mənim addımım” 370,3 min seçicinin 294109 nəfərinin səsini toplayb.
Nəticələrə görə ikinci yerdə Qaqik Çarukyanın rəhbəri olduğu “Çiçəklənən Ermənistan” Partiyası qərarlaşıb. Partiya 6,95 faiz (25219 səs) toplayıb. Seçkilərdə qalib gəlmək uğrunda 12 partiya və blok mübarizə aparıb.
Qeyd edək ki, seçkilərdə kütləvi qanun pozuntuları qeydə alınıb. Ermənistanın Baş Prokurorluğunun mətbuat xidməti ötən gün saat 13:00-dək 132 siqnalın daxil olduğunu açıqlayıb./publika.az
***
İrəvan meriyasına keçirilən seçkilər yerli vaxtla 20:00-da başa çatıb.
Hazırda səslərin sayıldığı bildirilir.
Vurğulanır ki, seçici fəallığı həddən artıq aşağı səviyyədə olub.
Hazırda ölkə xaricində olan baş nazir N.Paşinyan Feysbuk hesabında əvvəlki illərə nisbətdə seçicilərin daha passiv olmasını "onların həmişəki kimi seçkiyə avtobuslarla daşınmaması" ilə əlaqələndirməyə çalışıb.
Bundan əlavə, İrəvan polisinin 11:30-a olan məlumatına görə, məntəqələrdə 87 seçki pozuntusu faktı, 10 insident qeydə alınıb.
Qeyd edək ki, bu hələ İrəvan polisinin 11:30-a olan məlumatıdır. Sonrakı saatlarda baş verənlərlə bağlı erməni mətbuatında informasiya verilmir. (axar.az)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar