Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

ABŞ-ın DƏHŞƏTLİ PLANI AÇIQLANDI: Azərbaycan sərhədlərində bir neçə günə...

Tarix: 23-09-2018 09:29     Baxış: 3449 A- / A+
ABŞ-ın DƏHŞƏTLİ PLANI AÇIQLANDI: Azərbaycan sərhədlərində bir neçə günə...


ABŞ-ın İrana qarşı sanksiyaları inqilaba gətirib çıxaracaq və İran hakimiyyəti deviriləcək.

Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Trampın vəkili, Nyu-York şəhərinin sabiq meri Rudolf Culiani İran-Amerika Cəmiyyətləri Təşkilatının forumunda bildirib.

“Mən bilmirəm, biz onları nə vaxt devirəcəyik. Bu, bir neçə gün, ay və ya il ərzində ola bilər. Amma bu, olacaq”, - o deyib.

Vəkilin fikrincə, İrana qarşı tətbiq edilmiş sanksiyalar ölkədəki iqtisadi situasiyaya mənfi təsir edərək işləyir.

“Belə şərtlər müvəffəqiyyətli inqilaba gətirir”, - Culiani bildirib.

“Röyters” qeyd edib ki, Culiani tədbirdə xüsusi sima kimi çıxış edirdi və onun fikirləri Amerika hakimiyyətinin rəsmi mövqeyi deyil.

Xatırladaq ki, ötən gün ABŞ-ın dövlət katibi Mayk Pompeo ABŞ-ın İranla danışıqlara hazır olduğunu bildirib. Onun sözlərinə görə, rejimin dəyişməsi ABŞ-ın hədəfi deyil.

“İran öz siyasətini dəyişərsə, biz onunla danışıqlara başlayacağıq. Biz aydın bildirmişik – rejimin dəyişməsi president Donald Trampın siyasəti deyil. Bizim İrandan istəyimiz çox sadə məsələdir. Ər-Riyadı raketlə vurmağa, “Hizbullah”ı və terrorçuları silahlandırmağa, İsraili təhdid etməyə son qoymağa nə deyirlər? Bu, bizim bütün dünya ölkələri qarşısında qoyduğumuz sadə tələblərdir. İrandan da bunları gözləyirik. İslam dövləti bu şərtlərlə razılaşarsa, biz onlarla danışıqlara hazırıq. Tramp bu barədə razılıq verib artıq. Ancaq onların bizim şərtlərlə razılaşması barədə heç bir addım görmürük”, - Dövlət Departamentinin başçısı söyləyib.

Qeyd edək ki, avqustun 7-də İrana qarşı Amerika sanksiyalarının bir hissəsi bərpa edilib. Sanksiyalar İranın avtomobil istehsalı sektorunu, qızıl və bir sıra metalların ticarətini hədəf alıb. Məhdudiyyətlər avqustun 5-dən neft məhsullarına qarşı tətbiq olunacaq.

Qeyd edək ki, ötən gün İranın Ahvaz şəhərində keçirilən hərbi parad zamanı terror aktı baş verib. Tədbir zamanı çoxlu sayda şəxs hücum edərək atəş açmağa başlayıb. Terror aktı nəticəsində ən az 28 nəfər ölüb, 60 nəfər yaralanıb.

IRNA agentliyinin məlumatına görə, terror aktına üçün məsuliyyəti Səudiyyə Ərəbistanı ilə əlaqələrə malik olan “Ahvazda vətənpərvərlik ərəb demokratik hərəkəti” qruplaşması öz üzərinə götürüb.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif hücum edənlərin xarici ölkədə təlimatlandırıldığını, silahlandırıldığını və dəstəkləndiyini bildirib. Onun sözlərinə görə, terror aktı üçün məsuliyyət “terrorizmin regional sponsorları və onların Amerika təlimatçıları”nın üzərinə düşür.

İranın ali dini lideri Ayətullah Əli Xamenei bildirib ki, terror aktının arxasında ABŞ-ın rəhbərliyi altında hərəkət edən dövlətlər dayanır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar