Sizin Reklam Burada
Xəbər lenti
22-01-2025
21-01-2025
BÜTÜN XƏBƏRLƏR

Prezidentin bu sözlərindən sonra Ermənistan cəbhədə məğlub olduğunu ETİRAF ETDİ

Tarix: 22-09-2018 17:41     Baxış: 3240 A- / A+
Prezidentin bu sözlərindən sonra Ermənistan cəbhədə məğlub olduğunu ETİRAF ETDİ


Prezident İlham Əliyevin Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən iclasda səsləndirdiyi fikirlər Ermənistanı səksəkəyə salıb.

Azərbaycan lideri “Qarabağ münaqişəsinin nizama salınmasının yeganə yolu Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasıdır” deyə bəyan etdi.

Dövlət başçısı vurğuladı ki, Dağlıq Qarabağ Azərbaycan suverenliyindən kənarda heç vaxt status almayacaq.

İrəvanda Azərbaycan liderinin bu fikirləri narahatlıqla qarşılanıb. Xüsusilə bir neçə gün öncə Ermənistan-Azərbaycan sərhədində erməni hərbi birləşmələrinin təxribat hücumunun qarşısını alan Azərbaycan ordusunun ağır cavabından sonra Prezident İlham Əliyev münaqişənin həlli ilə bağlı son qərarı açıqlaması işğalçı ölkəni qorxuya salıb.

Erməni şərhçi Sarqis Artsruni qeyd edir ki, “Bakı xarici işlər nazirlərinin BMT Baş Assambleyasının iclası çərçivəsində görüşü öncəsi son qərarını açıqladı və bu, Azərbaycanın heç bir məsələdə geri çəkilməyəcəyi deməkdir”.

Onun sözlərinə görə, Azərbaycan Ermənistana təzyiqi artırır.

“Azərbaycan həm döyüş meydanında, həm də diplomatiyada Ermənistana zərbələr endirməyə davam edir”, - deyə o bildirib. //publika.az/

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar