Xəbər lenti
120 il yaşayırlar, xərçəng nədir bilmirlər - Onların sirrindən siz də agah olun
Müsləman olan Hunza türkləri ortalama 110 - 120 il yaşayırlar.
Manevr.az milli.az-a istinadən xəbər verir ki, aralarında günümüzün bəlasına çevrilən xərçəng olan yoxdur.
Bəs Hunza türklərinin sirri nədir?
Hunza türkləri Çin və Əfqanıstan sərhədində - Pakistanın Kəşmir əyaləti yaxınlığında yaşayırlar.
Qurutduqları təzə meyvələrdən yeyir, Hunza vadisindəki dağlardan gələn təmiz havanı udurlar. Olduqca gənc görünürlər və xərçəngə yoluxmurlar.
Onların bu həyatı elm adamlarını onları araşdırmağa səbəb olub. Coğrafi çətinliklər və iqlim dəyişiklikləri səbəbindən Sibir və bugünkü Rusiya ərazisindən Orta Asiya çöllərinə endikləri düşünülən türklər ovçuluqdan köçəri çobançılığa keçid dövrünü yaşayıblar.
Coğrafi şərtlər və iqlim dəyişiklikləri və ya bilinməyən səbəblərə görə, türk qəbilələrinin böyük əksəriyyəti meşə təsərüffatı həyatından çöl həyatına keçiblər.
Hunza türklərinin uzunömürlüyünün və bu qədər sağlam olmalarının səbəbi dənizdən 6 min metr yüksəklikdə, bol oksigeni olan bir ərazidə yaşamaqları, dağlardan süzülən buz kimi təmiz su içib, öz əkib-becərdikləri ilə qidalanmalarıdır.
Onların ət və ədviyyatlı yeməkləri çox məşhurdur və sadəcə öz əkdikləri meyvə və giləmeyvələrdən istifadə edirlər.
Bundan əlavə çox az yemək yeyirlər. Yeməklərinin böyük bir qismində arpa, darı və qarğıdalıdan istifadə edilir.
Yedikləri bütün tərəvəz və meyvələri çiy yeyirlər. Tərəvəzləri bəzən çox az bişirirlər.
Xatırlanması vacib məsələ Hunza türkləri tamamilə vegetarian olmasalar da ətin günlük yeməklərinin ən az hissəsini təşkil etməsidir. Çoxları həftədə, sadəcə, bir dəfə ət yeyir.
Hunzaların gənc qalmaqlarının digər sirri isə daim hərəkətdə olmaqlarıdır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar