Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

Qoşunlar, tanklar əməliyyat rayonlarına çıxarılır VİDEO, YENİLƏNİB, FOTO

Tarix: 18-09-2018 19:24     Baxış: 3854 A- / A+
Qoşunlar, tanklar əməliyyat rayonlarına çıxarılır VİDEO, YENİLƏNİB, FOTO


Qoşunlarda döyüşə hazırlıq tədbirləri başladı


Genişmiqyaslı təlimlərin planına əsasən qoşunlar, hərbi texnika, döyüş və ehtiyat hərbi hissələri əməliyyat təyinatı rayonlarına çıxarılır.

Təlimin hazırkı mərhələsinin şərtlərinə uyğun olaraq qoşunlar nəzərdə tutulan digər fəaliyyətləri də icra edir.

Qoşunlar, tanklar əməliyyat rayonlarına çıxarılır VİDEO, YENİLƏNİB, FOTO
Qoşunlar, tanklar əməliyyat rayonlarına çıxarılır VİDEO, YENİLƏNİB, FOTO



Saat 10:53

Təlimlər zamanı qoşunlarda döyüşə hazırlıq tədbirləri aparılır. Müdafiə Nazirliyindən İstiPress-ə verilən məlumata görə, təlimlərin növbəti mərhələsində qoşunların qarşılıqlı fəaliyyətlərinin təşkili məqsədilə əvvəlcədən qəbul edilmiş qərarlar maket və xəritə üzərində dəqiqləşdirilir.


General düşmənə qarşı daha sərt tədbirlər barədə tapşırıq verdi
Qoşunların idarə olunması və fəaliyyətlərin uzlaşdırılması məsələləri qərargahlarda ətraflı işlənilir.

Xatırladaq ki, dünən başlayan təlimlərə 20 mindən artıq şəxsi heyət, 200-dən çox tank və digər zirehli texnika, 120-dən çox müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 10-dək qırıcı və bombardmançı, 20-dək müxtəlif təyinatlı ordu aviasiyası cəlb olunacaq.

Təlimlər zamanı eşelonlaşdırılmış düşmən müdafiəsinin tanklar vasitəsilə müxtəlif istiqamətlərdə yarılması, Qarabağ ərazisindəki Ermənistan hərbi qruplaşmalarının, eləcə də onun ön xətt qüvvələrinin darmadağın edilməsi, düşmən ərazisinin dərinliyində yerləşən hərbi və strateji obyektlərin raket-artilleriya və aviasiya zərbələri ilə məhv edilərək ərazilərimizin azad edilməsi üzrə tapşırıqlar yerinə yetiriləcək.

Təlimlərdə həmçinin son illər ərzində Azərbaycan Ordusunun silahlanmasına qəbul edilmiş ən yeni hərbi texnika və silahlara şəxsi heyətin yiyələnmə vərdişləri yoxlanılacaq.

Qoşunlar, tanklar əməliyyat rayonlarına çıxarılır VİDEO, YENİLƏNİB, FOTO


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar