Xəbər lenti
Kamran Əliyev vitse-prezident seçildi
Sentyabrın 9-dan 13-dək Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) İcraiyyə Komitəsinin 46-cı iclası, 23-cü illik konfransı və ümumi yığıncağı keçirilib.
Manevr.az-ın məlumtına görə, konfransda 90 ölkədən 450-dən artıq şəxs, prokurorluq, məhkəmə, ədliyyə və digər hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, nüfuzlu beynəlxalq təşkilatların yüksək vəzifəli nümayəndələri iştirak edib.
Konsfrans zamanı həmin qurumun ali orqanı olan İcraiyyə Komitəsinə keçirilmiş seçkilər zamanı ölkəmizin ədliyyə və prokurorluq orqanlarının Assosiasiyanın fəaliyyətinə vermiş olduğu töfhələr və yüksək səviyyəli işgüzar əlaqələr nəzərə alınmaqla Azərbaycan Baş prokurorunun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev Assosiasiyanın İcraiyyə Komitəsinin vitse-prezidenti vəzifəsinə seçilib.
BPA - bütün dünya prokurorlarını bir qurumda birləşdirən ilk və yeganə beynəlxalq təşkilat olmaqla 1995-ci ildə BMT-nin Vyana ofisində yaradılıb. BPA-nın formalaşmasına əsaslı təkan verən amillər sırasında transmilli cinayətkarlığın ciddi şəkildə güclənməsi, xüsusən də narkotiklərin qanunsuz dövriyyəsinin intensivləşməsi, korrupsiya və çirkli pulların yuyulması kimi cinayət növlərinin ildən ilə artması olub.
Xatırladaq ki, K.Əliyev eyni zamanda Avropa Şurasının Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupunda (GRECO) Azərbaycan nümayəndə heyətinin üzvüdür, habelə ölkəmizin Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planı üzrə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatında (OECD) Milli Koordinatorudur.
K.Əliyev Prezidentin 05.08.2014-cü il tarixli Sərəncamı ilə Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi təyin edilərək, ona II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib. Hüquq elmləri üzrə fəlsəfə doktorudur. Prezidentin 27 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə "Azərbaycan bayrağı” ordeni ilə təltif edilib./ trend
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar