Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Nyu-Yorkda ABŞ-Xəzər Biznes Forumu keçiriləcək

Tarix: 18-09-2018 07:27     Baxış: 2196 A- / A+
Nyu-Yorkda ABŞ-Xəzər Biznes Forumu keçiriləcək

Nyu-Yorkda ABŞ-Xəzər Biznes Forumu keçiriləcək

Sentyabrın 25-də Xəzər Siyasət Mərkəzi tərəfindən təşkil olunan ABŞ-Xəzər Biznes Forumu ABŞ-ın siyasi və biznes liderləri və Transxəzər koridoru ölkələrinin nümayəndələrini Nyu-Yorkun Harvard Klubunda bir araya gətirərək, Xəzər regionundakı layihələr üçün maliyyə imkanlarını nəzərdən keçirəcək, bank sektoru, investisiya və tənzimləyici çərçivələri və regionun iqtisadi və siyasi gələcəyini müzakirə edəcək.

ABŞ və Transxəzər ölkələri arasında yaranan strateji tərəfdaşlıqlara əsaslanan Xəzər Biznes Forumu həm ABŞ, həm də Xəzər regionu ölkələrindən olan biznes icmalarına fayda verə biləcək imkanlar yaratmaq üçün aparıcı platforma təqdim edir.

Xəzər Siyasət Mərkəzi forumda biznes, investisiya və maliyyə imkanları mövzularında danışmaq üçün Xəzəryanı ölkələrin yüksək rütbəli dövlət rəsmilərini və özəl sektor və nazirlik səviyyəsində nümayəndələri dəvət edib.

Dövlət Departamentinin, Ticarət Nazirliyinin və Amerikanın Xaricdə Fərdi İnvestisiyalar Korporasiyasının (OPİK) yüksək səviyyəli nümayəndələrinin forumda çıxışı gözlənilir. Xəzər Siyasət Mərkəzi, ABŞ Ticarət Palatası və Xəzəryanı ölkələrin səfirlikləri forumun birgə təşkilatçılarıdılar.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar