Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

İrəvanda mer yarışı: sorğu nə göstərir?

Tarix: 17-09-2018 16:39     Baxış: 2205 A- / A+
İrəvanda mer yarışı: sorğu nə göstərir?


İrəvan Şəhər Şurasına sentyabrın 23-də keçiriləcək seçkidə 12 ictimai-siyasi qüvvə iştirak edir. Proporsional üsulla seçilən 65 yerlik Şəhər Şurasında mandatların yarıdan çoxunu götürən qüvvənin siyahısına başçılıq edən şəxs mer postunu tutacaq. Heç bir qüvvə mandatların yarıdan çoxunu əldə etməsə, meri Şəhər Şurası seçəcək.


Partiyalar Şəhər Şurasında təmsil olunmaq üçün azı 6 faiz, bloklar 8 faiz səs toplamalıdır.

Armeniasputnik.am saytı mer postuna iddia edən namizədlərlə bağlı internet sorğusunu davam etdirir. Novator.az-ın 17 sentyabr məlumatına görə, sorğuda baş nazir Nikol Paşinyanın dəstəklədiyi “Mənim addımım” bloku önə çıxıb: 36,3 faiz. Bu blokun namizədlərinin siyahısında Ayk Marutyan birincidir.

Qalan iddiaçılar belə sıralanır:

Daşnaksütun Partiyası (siyahısına Mikael Manukyan başçılıq edir) –19 faiz

Çiçəklənən Ermənistan Partiyası (Naira Zöhrabyan) –13,8 faiz

İşıq bloku (Artak Zeynalyan) – 7,6 faiz

Əriklər Ölkəsi Partiyası (Zarui Postancyan) – 6,8 faiz

Yerevan ictimaiyyəti bloku (Anait Tərxanyan) – 4,3 faiz

İrs Partiyası (Raffi Ovannisyan) – 3,3 faiz

Yerevanlılar bloku (Ararat Zurabyan) – 2,3 faiz

Demokratik Yol Partiyası (Manuel Qasparyan) – 2,1 faiz

Qanunçuluq Ölkəsi Partiyası (Mger Şahgeldyan) – 1,9 faiz

Ayk Partiyası (Gevorq Ovsepyan) – 1,6 faiz

İslahatçılar Partiyası (Artak Avetyan) – 1 faiz.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar