Xəbər lenti
Rəcəb Tayyib Ərdoğan: Türkiyə-Ermənistan sərhədlərinin açılmasından söhbət gedə bilməz (YENİLƏNİB)
Dağlıq Qarabağ problemi Türkiyənin problemidir.
Manevr.az-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş paradda çıxışı zamanı deyib.
R.T.Ərdoğan qeyd edib ki, buna görə də Türkiyə-Ermənistan sərhədlərinin açılmasından söhbət gedə bilməz: "Türkiyə Dağlıq Qarabağ probleminin həllində Azərbaycanı dəstəkləyib və bundan sonra da dəstəkləyəcək".
Türkiyə Prezidenti bildirib ki, bu gün Azərbaycan Türkiyənin sadəcə siyasi və iqtisadi sahədə deyil, eyni zamanda, bütün sahələrdə ən önəmli müttəfiqidir.
O vurğulayıb ki, bu gün hər iki dövlətin əlaqələri hər sahədə davam etməkdədir və bunda ümummilli lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin əməyi əvəzsizdir:
"Əlaqələrimizi daha da genişləndirəcək və bundan sonra müxtəlif layihələr həyata keçirəcəyik. Azərbaycanın sevinci bizim sevincimizdir, Azərbaycanın problemi isə bizim problemidir".
Dövlət başçısının sözlərinə görə, Azərbaycan ən çox şəhid türk məzarı olan qardaş ölkədir:
“Türkiyə və Azərbaycan bir ananın iki oğlu, qardaş dövlətdirlər. Azərbaycan və Türkiyənin keçmişi, dini və dili biridir. Bu gün burada toplaşmağımız 100 il bundan əvvəl şəhidlər verməyimizin və qardaşlığımızın simvoludur".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar