Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

40 günün tamamında ailəsindən bir nəfər ölür – Azərbaycanda lənətlənmiş ailə

Tarix: 14-09-2018 11:46     Baxış: 3216 A- / A+
40 günün tamamında ailəsindən bir nəfər ölür – Azərbaycanda lənətlənmiş ailə


Amil Xəlilin təqdimatında kriminal xarakterli layihə "Gəl dərdini danış" verilişində müəmmalı məqamlar ortaya çıxıb.

Manevr.az xəbər verir ki, verilişə müraciət edən Yetər xanımın açıqlamaları hər kəsi göz yaşına boğmaqla bərabər həm də heyrətləndirib. O, iddia edib ki, bacısı oğlu evdən oğurluq edib. Daha sonra bunu sübut etmək istəyəndə qarşı tərəflə əlaqələr pozulub.

Ardınca qapısının ağzından torpaq topaları tapan xanım bildirib ki, nə olursa bundan sonra olur. Hər 40 gündən bir ya yaxınını itirir, ya da hansısa faciə olur: "Nəvəm öldü, 40 gün sonra oğlum çadır arxasınca gedəndə qəza keçirdi. Düz 40 gün sonra qızım evdə yıxılaraq xəsarət aldı. 40 gün sonra oğlum qəzaya düşdü. Bundan 40 gün sonra yenə də qızım xəstəxanalıq oldu. Növbəti 40 gün sonra mən və qızım zəhərləndik".

Bu tipdə danışığa davam edən xanım göz yaşlarını saxlaya bilməyib. Daha sonra xanım cinayətin təfəruatlarını da danışıb: "Mən oğurluq hadisəsi olan günü gülüş səsindən bildim ki, bu mənim doğma bacım oğludur. Evdə qalmağa qorxuram. Gecəm gündüzüm yoxdur. Tez-tez qapım ya da pəncərəm döyülür. Utanıram, polisə xəbər verməyə. Hər dəfə qorxudan zəng edirəm, gəlib baxırlar ki, heç kim yoxdur".

Xanımın iddiaları ekspertlərlə bərabər teleaparıcınıda düşündürüb. Həqiqət yoxsa…

Verilişi tam olaraq sizə təqdim edirik. Qeyd edək ki, kriminal xarakterli veriliş həftə içi hər gün saat 16:00 da Space Tv-də yayımlanır.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar