Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Cəlilabad sakinlərini qorxuya salan sirli varlıq – Məsələnin gizli tərəfləri

Tarix: 13-09-2018 16:18     Baxış: 3392 A- / A+
Cəlilabad sakinlərini qorxuya salan sirli varlıq – Məsələnin gizli tərəfləri



Cəlilabadın Günəşli kəndində uzun müddətdir insanlar vəsvəsə içərisindədir. Kimliyi naməlum olan bir məxluq gecələr evlərin damlarına daş atır, pəncərələri qırır. Naməlum varlıq evlərə daxil olur, ev əşyalarını qarışdırır.

Manevr.az bildirir ki, kənd sakinlərinin news24.az-a verdiyi məlumata görə, kənddə polislər mühafizə çəmbəri yaratsa da, bu hadisələri törədənin kimliyini hələlik müəyyən etmək mümkün olmayıb. Naməlum məxluqun eyni anda 3 evi qarışdırdığı bildirilib. Hadisə şahidlərinin dediyinə görə, o bir ailənin evinə daxil olub, evin gəlinini döyüb və üst-başını parçalayıb. Qorxudan şoka düşən qadın onun üzünü görmədiyini, həmin varlığın qara geyimli kişiyə bənzədiyini söyləyib.

Məsələni yerində araşdırmaq üçün müxbirlərimiz Cəlilabad rayonunun. Günəşli kəndinə üz tutdular.

Təəssüf ki, telefonla zəng edib dəvət edən insanlar biz ora gedən kimi susdular, bizimlə danışmağa çəkinirdilər. Əldə etdiyimiz məlumata görə daha öncə telekanallara müsahibə vermiş bir neçə insan rəhbər qurumlar tərəfindən tənbehlənib. Buna görə də heç kim kamera qarşısına keçmək istəmədi. Özünü kənd bələdiyyəsinin başçısı kimi təqdim edən şəxsin çəkiliş qrupumuza qarşı kobudluğu da deyilənləri təsdiq edirdi.

Maraqlıdır ki, bələdiyyə sədri olduğunu iddia edilən şəxs, ümumiyyətlə kənddə belə bir hadisə olmadığını dedi. Ayrı-ayrı kənd sakinləri belə hadisənin baş verdiyini söyləsələr də, kamera qarşısında danışmaqdan imtina etdilər.

Minval.info xatırladır ki, bu hadisə ilə bağlı saytımız ötən ay xəbər dərc etmişdik. O zaman Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisinin müavini, polis polkovniki Orxan Mansurzadə bunları demişdi: “Çox təəssüf edirəm ki, həqiqəti əks etdirməyən xəbərlər yayılıb. Məsələni mahiyyəti bundan ibarətdir ki, valideyn nəzarətindən uzaq qalmış 2 qohum azyaşlı bir neçə evin damıına daş atıb. Onlar polis tərəfindən müəyyənləşib. Uşaqların valideyni və yaxın adamları ilə söhbət aparılıb, belə halların yol verilməzliyi onların nəzərinə çatdırılıb”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar