Xəbər lenti
20 yaşlı idmançının ən bahalı razılaşması

Yaponiyalı tennisçi Naomi Osaka “Adidas” şirkəti ilə müqavilə imzalayacaq.
Manevr.az saytı xəbər verir ki, müqavilənin imzalanması ilin sonunadək nəzərdə tutulur. Müqavilənin şərtlərinə əsasən, 20 yaşlı yaponiyalı qadın tennisçilər arasında ən bahalı razılaşma əldə edəcək və ildə 8,5 milyon dollar qazanacaq.
Bundan əlavə, Naomi Osakanın agentləri onun sentyabrın 13-də məşhur beynəlxalq avtomobil şirkətlərindən biri ilə də müqavilə imzalayacağını bildiriblər.
Xatırladaq ki, dünya şöhrətli yaponiyalı tennisçi bir neçə gün bundan qabaq mükafat fondu 53 milyon dollar təşkil edən turnirin finalında məşhur tennis ustası amerikalı Serena Vilyams ilə gücünü sınamışdı və bir saatdan artıq davam edən qarşılaşmada qələbə qazanmışdı (6:2, 6:4). Naomi Osaka ilk dəfədir "Böyük dəbilqə" seriyası yarışlarında qalib gəlir.
Amerikalı tennis ustası isə 2014-cü ildə son dəfə bu mötəbər yarışın finalında iştirak etmişdi.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar